24
Zəngi çayından İrəvanın görünüşü.
İrəvanda karvansara.
İrəvanda azərbaycanlı zadəganların evi.
1804-1813-cü illərdə rus-İran və elə həmin dövrdə gedən rus-
Osmanlı müharibəsi (1806-1812) Rusiyanın işğalçılıq planlarına son
vermədi. 1826-cı ildə Rusiya Qacarlar dövləti ilə yeni müharibə­
yə (1826-1828) başladı. Müharibənin ilk dövrləri Qacarlar üçün
uğurlu olsa da sonra üstünlük Rusiyaya keçdi. 1827-ci ilin mayında
Naxçıvan, oktyabrında İrəvan tutuldu. Beləliklə, bundan əvvəl Şi­
mali Azərbaycana köçürülmüş ermənilərin Rusiya imperiyasının
təbəəliyinə keçməsi başa çatdı. Ermənilərin köçürülməsinin yeni
coğ­rafi mənbələri kimi Qacarlar və Osmanlı dövlətləri əsas yerə
keçdi.
Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layi­
hə hazırladı. Rus yazıçı və diplomatı A.S.Qriboyedov (1795-1829)
da bu planın hazırlanması və həyata keçirilməsində mühüm rol
oynadı.
Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəh­
bərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təb­
rizdə olan Yegiazar Lazaryana yazırdı: “İndi mən bizim ermə­ni
mil­lətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir
xristianlar haqqında mənim xahişimi unutmamasını və onla­
rı olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qə­bul
edilməsini rica etdim... Mən, həmçinin İranda olan bütün er­mə­
nilər haqqında zat-alidən (Qafqazdakı rus qoşunlarının baş ko­
mandanı (1827-1831) İ.F.Paskeviç) xahiş etdim və indi mən cənaba
(Qriboyedova) [bu barədə] yazıram və cənabınızdan da rica edi­
rəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq
zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan
ermənilərin böyük Rusiya imperiyasının himayəsi altında azad
surətdə Ermənistana qayıtması haqqında maddəni müqaviləyə da­
xil etməyi unutmasın”. A.S.Qriboyedov və İ.F.Paskeviç ermənilərin
İrandan köçürülməsini müqavilə hazırlanarkən unutmadılar. Bu
məsələ öz əksini Türkmənçay müqaviləsinin XV maddəsində tap­
dı. Həmin maddədə deyilir: “Şah həzrətləri... Azərbaycan adlanan
vilayətin (Cənubi Azərbaycan nəzərdə tutulur) bütün əhalisinə
və məmurlarına büsbütün və tam bağışlanma əta edir... bundan
başqa, o, məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə
birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və
yerli rəisliyin heç bir maneəçiliyi olmadan onların satlıq malına
və ya əmlak və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan
tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir.
Tərpənməyən əmlaka gəldikdə isə onun satılması və ya onun haq­
qında könüllü sərəncam üçün beşillik müddət müəyyən edilir”.
Bu maddənin müəllifi Qriboyedov hesab olunur. Göründüyü kimi
XV maddədə konkret olaraq “İran erməniləri”nin adı çəkilmir. Bu
da diplomatik səciyyə daşıyır, çünki məsələnin ümumi şəkildə qo­
yulması onun real həyatda daha geniş və məqsədə müvafiq şə­kildə
tətbiqinə imkan verməli idi.
Müsəlman hakim təbəqələrin tabeliyində olan erməni kəndli­lə­
ri ilə bağlı məsələ də bu dövrdə yenidən meydana çıxdı. Baş qə­
rargah rəisi Dibiçin Paskeviçə göndərdiyi xüsusi “Qaydalar”da
mü­səlman ali silkinin tabeliyindəki ermənilərə daxili özünüidarə
verilməsi ideyası irəli sürüldü. Bu ideya mülki işlər üzrə hakim
Velyaminov tərəfindən mənfi qarşılanmışdı. Lakin Paskeviç sonra­
kı fəaliyyətində bu ideyanı əsas götürmüşdü.
Türkmənçay müqaviləsinin bağlanmasından sonra Rusiya tə­
rəfindən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçü­rül­
məsinin yeni mərhələsi başlandı. Onun xarakterik cəhəti köçür­
mə­nin kütləvi şəkil alması, coğrafi mənbələri (İran və Osmanlı
im­periyası) və s. ilə bağlı idi.
Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Nax­
çıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imti­
yazlar verildi: onlar 6 il müddətində vergi və imtiyazlardan azad
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...116