21
Azərbaycan xalçaları / İrəvan QRUPU
İrəvanın Göy məscidinin həyəti
.
Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti
İrə­van quberniyası və Osmanlı imperiyasında yaşayan ermənilərdən
özü­nün siyasi məqsədləri üçün istifadə etmək xəttini həyata ke­
çirirdi. 1917-ci il dekabrın 17 (30)-da Millətlərin işləri üzrə xalq ko­
mis­sarlığında erməni işləri üzrə ayrıca komissarlıq yaradılmışdı.
RSFSR Xalq Komissarları Soveti 1917-ci il dekabrın 27-də (1918,
11 yanvar) “Türkiyə Ermənistanı haqqında dekret” qəbul etdi.
Rus hərbi hissələrinin Qafqaz cəbhəsindən geri çağırılması (1917,
d­ekabr-1918, yanvar) daşnakların mövqeyini xeyli gücləndirdi. İrə­
van quberniyasında azərbaycanlılara qarşı soyqırımı daha da ge­
nişləndirildi.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...116