22
İrəvan bölgəsİnİn ermənİləşdİrİlməsİ
Çar Rusiyası tərəfindən ermənilərin İrəvan bölgəsinə köçürülməsi.
Ermənilərin azərbaycanlılara qarşı silahlı çıxışları
Ermənilərin İrəvana
köçürülməsi. 1828-ci il.
Rusiya imperiyası Şərqdə, o cümlədən Azərbaycanda işğalçılıq planlarının həyata keçirilməsində və burada
möhkəmlənməsində ermənilərə böyük rol ayırmışdı. Ermənilər də Rusiyadan istifadə etməklə müəyyən siyasi
məqsədlərə nail olmaq istəyirdilər. Bu dövrdə, xüsusilə intensiv inkişaf edən erməni rusiyaşünaslığı və Rusiya
ermənişünaslığı həmin ideya-siyasi məqsədlərə nail olmaq üçün bir-birini tamamlayır, türk - müsəlman varlığının
məhvini hədəfə alırdı.
XV əsrin sonuna aid “Mən çariçanı gördüm” adlı anonim erməni poemasında rus knyazı III İvanla (1462-
1505) Bizans şahzadə xanımı Sofiya Paleoloqun toyu təsvir olunur. Sofiya bu münasibətlə III İvanın təklif etdiyi
hədiyyələrdən imtina edərək, ondan İstanbulun tutulmasını tələb edir. III İvan isə Sofiyaya Qüdsü azad edəcəyi­
ni və Eçmiədzinə qədər gedəcəyini bildirir. Ermənilərin Rusiyaya ümidləri sonrakı dövrlərə, xüsusilə XVIII-XIX
əsrin əvvəllərinə aid əsər və siyasi sənədlərdə də davam etdirilir.
Rus-erməni münasibətləri Kazan xanlığının (1552) və Həştərxan xanlığının (1556) işğalı, Osmanlı dövləti ilə
müharibələr (1635-1639, 1711, 1768-1774, 1787-1791-ci illər) zamanı genişlənir, Rusiyanın Xəzərsahili torpaqları
istila etmək siyasəti ilə daha möhkəmlənir. Bu hadisələr zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada
erməni koloniyalarının yaradılması başlanır. Bu işdə I Pyotrun (1682-1725) erməni xalqına fərmanı (1724, 10
noyabr) böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və
məskunlaşdırılması üçün yerlər ayrıldı. I Pyotrun siyasi xətti onun varisləri, xüsusilə II Yekaterina (1762-1796)
tərəfindən davam etdirildi. 1801-ci il manifestlərində də Rusiyanın planında ermənilərin rolu əksini tapırdı.
Rusiya müxtəlif yerlərdə yaşayan erməniləri yeni işğal olunmuş torpaqlara gətirir, onların rus qoşunları tərkibinə
daxil olmasına şərait yaradır, eyni zamanda yerli hakimlərə qarşı əməliyyatlara cəlb edirdi.
Çar Rusiyası tərəfindən ermənilərin XIX əsrin ilk qərinəsində Şimali Azərbaycan torpaqlarına köçürülməsində
iki mərhələ ayırmaq olar: 1801-1828-ci il Türkmənçaymüqaviləsinədək olan dövr və Türkmənçaymüqaviləsindən
sonrakı ilk illər.
1801-1828-ci illərdə Rusiya tərəfindən ermənilərin Şimali Azərbaycana köçürülməsi işğal prosesi ilə paralel
getmişdi. Bu dövrdə köçürülən ermənilərin coğrafi mənbələrini, əsasən, onların əvvəllər gəldikləri və hələlik
Rusiya işğalından kənarda qalan Şimali Azərbaycan əraziləri təşkil edirdi. Bununla yanaşı, Osmanlı və Qacarlar
dövlətlərinin erməni təbəələrini də köçürməyə cəlb edilməsinə cəhdlər göstərilirdi.
Rusiya imperiyası 1804-cü ilin yanvarında ermənilərin də yaxından iştirakı ilə Gəncə xanlığını işğal etdi. 1805-ci
il may ayının 14-də Qarabağ, 21-də isə Şəki xanlıqları ilə onların Rusiya himayəsinə keçməsi haqqında Kürəkçay
müqavilələri imzalandı. Dekabr ayında isə Şirvan xanlığı ilə də belə bir müqavilə imzalandı. 1806-cı ildə Dərbənd,
Quba və Bakı xanlıqları, 1813-cü ildə Lənkəran (Talış) xanlıqları ilhaq edildi. Rusiya imperiyası, eyni zamanda,
Qacarlar dövləti ilə də müharibə (1804-1813) aparırdı. Müharibənin sonunda bağlanan Gülüstan müqaviləsi
ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan torpaqları Rusiya tərəfindən ələ keçirildi.
Rusiya imperiyası işğal prosesində İrəvan xanlığının tutulmasına xüsusi əhəmiyyət verirdi. Bunun üçün xanlıq
ərazisindəki ermənilərdən istifadə edilir, digər tərəfdən onların artıq Rusiya tərəfindən ələ keçirilmiş ərazilərə
köçürülməsi yolu ilə xanlığa zərbə vurulurdu. Qafqazdakı rus qoşunlarının baş komandanı general P.D.Sisianov
İrəvan ermənilərini Gəncəyə (Rusiya işğalından sonra şəhərin adı dəyişdirilərək Yelizavetpol qoyulmuşdu)
köçürməyə çalışırdı. Qarabağ, Şəki, Şirvan və digər Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi də fəal
şəkildə davam etdirilirdi. Bu hal Şəki (1819), Şirvan (1820) və Qarabağ (1822) xanlıqlarının ləğvindən sonra daha
geniş miqyas aldı.
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...116