25
Azərbaycan xalçaları / İrəvan QRUPU
Azərbaycanlı məhəlləsi. İrəvan.
Gedər çayı üzərində körpü.
edildi, ermənilərə İrandan ayrılan təzminat hesabına vəsait verildi
və i.a.
Hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başlan­
dı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edir­
di. 1828-1829-cu illər rus-türk müharibəsinin gedişində və mü­
haribədən sonra Türkiyədən də 90 minədək erməni köçürüldü.
Kö­çürmənin əsas istiqaməti Cənubi Qafqazdakı Azərbaycan tor­
paqlarına yönəlmişdi. N.Şavrov 1911-ci ildə Peterburqda nəşr
olun­muş “Zaqafqaziyada Rusiya mənafeyinə yeni təhlükə” adlı
kitabında yazırdı ki, “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon
300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisi deyil və
bura bizim tərəfimizdən köçürülmüşdür”. Ermənilər köçürülərkən
onların Şimali Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvan, İrəvan
və Qarabağda yerləşdirilməsinə mühüm əhəmiyyət verilirdi. Ner­
sesin layihəsinə görə rus ordusunun tutduğu bölgələrdən - Təbriz,
Xoy, Salmas, Marağadan bütün ermənilər Naxçıvan, İrəvan və Qa­
rabağ vilayətlərinə köçürülməli idi. Onun bu tələbi köçürmə işində
canfəşanlıq edən ermənipərəst güruh tərəfindən ardıcıl şəkildə
həyata keçirildi. Yuxarıda adı çəkilən N.Şavrov da qeyd edirdi ki,
müharibədən sonrakı iki ildə (1828-1830-cü illər) biz Zaqafqaziyaya
İrandan 40 min, Türkiyədən 84 min erməni köçürmüş və onları er­
mənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol quberniyalarında
yerləşdirmişdik. Oralara 200 min desyatin xəzinə torpağı ayrılmış,
onlar üçün müsəlmanlardan 2 milyon manatlıq xüsusi sahibkar
torpağı satın alınmışdır. Yelizavetpol quberniyasının dağlıq hissəsi
və Göyçə gölü sahili həmin ermənilərlə məskunlaşdırılmışdır.
Ermənilərin köçürülməsi nəticəsində Qarabağ, İrəvan və Nax­
çıvan bölgələrinin əhalisinin etnik tərkibi əsaslı dəyişikliyə məruz
qaldı. Əgər Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolo­
vun (1816-1827) sərəncamına əsasən Qarabağ əyalətinin 1823-cü ildə
aparılmış “təsviri”nə görə buradakı 20 minədək ailədən 1,6 minədək
olan hissəsi (cəmi 8,4%) erməni idisə, 1832-ci il məlumatına görə
ermənilərin xüsusi çəkisi 34,8%-ə qalxmışdı.
Rusiya tərəfindən işğal edilənədək İrəvan xanlığının əhalisinin
20%-dən bir az çoxunu ermənilər təşkil edirdisə, 1834-1835-ci il­
lərdə bu rəqəm 46%-i ötmüşdü. Naxçıvanın da etnik tərkibi eyni
də­yişikliyə uğramışdı. Əgər köçürülməyədək Naxçıvan dairəsində
434 erməni həyəti var idisə, köçürülmə nəticəsində bura 2285 ailə
gətirilmişdi. Bütövlükdə Naxçıvan vilayətinə (Ordubad dairəsi da­
xil olmaqla) 2551 ailə köçürülmüşdü.
Ermənilərin Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan
torpaqlarına, o cümlədən Qərbi Azərbaycana köçləri 1853-1856-cı
illər Krım müharibəsi, 1877-1878-ci illər rus-türk müharibələri, XIX
əsrin 90-cı illərində Osmanlı imperiyasında dövlət əleyhinə çevril­
miş erməni qiyamlarının yatırılmasından sonra da davam etmişdir.
Çar Rusiyası tərəfindən ermənilərin köçürülməsi ilə Azərbay­can
torpaqlarında etnodemoqrafik durumun ermənilərin xeyrinə də­
yişdirilməsi ilə yanaşı, onların idarəetmə sistemində və təsərrüfat
həyatında möhkəmləndirilməsi tədbirləri də reallaşdırılırdı. Bütün
bunlar ermənilərin yerli azərbaycanlı əhalisinə qarşı düşmənçi­
lik münasibətinin yaranması və dərinləşməsinə səbəb oldu. İrə­
van qubernatorunun çara 1905-ci il hesabatından məlum olur ki,
Çar Rusiyasının hakimiyyət orqanları tərəfindən silahlandırılan və
qızışdırılan ermənilərlə dinc azərbaycanlı əhali arasında ilk toq­
quşmalar hələ XIX əsrin 80-ci illərində baş vermişdir. Tarixə 1905-
1906-cı illər “erməni-müsəlman davası” kimi daxil olan hadisələr
zamanı erməni silahlı dəstələri azərbaycanlılara qarşı geniş miq­
yaslı müharibəyə başlamışdılar. Ermənilər Bakı, Naxçıvan və Qa­
rabağla yanaşı, İrəvan şəhəri və qəzasında, Üçkilsə (Eçmiədzin)
və Zəngəzurda da 1905-ci ilin iyun - 1906-cı ilin avqustunda azər­
baycanlılara qarşı açıq müharibəyə keçmiş, qətllər, qarətlər və soy­
qırımları törətmişdilər.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...116