26
Qərbi Azərbaycanda erməni dövlətinin yaradılması
Ermənistan (Ararat) Respublikası (1918-1920).
Za­qaf­
qaziya seyminin dağılmasından sonra (1918, 26 may) daş­
naklar 1918-ci il mayın 28-də Tiflisdə Erməni (Ararat) res­
publikasının yaranmasını elan etdilər.
İrəvanın ermənilərə verilməsi.
1918-ci il mayın 29-da Tif­
lisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3
nömrəli protokoluna görə Fətəli xan Xoyski şura üzvləri­
nin Azərbaycan və Erməni federasiyası ərazilərinin sər­
həd­ləri məsələsinə dair erməni milli şurası ilə apardıqları
da­nı­şıq­ların nəticələri barədə məruzə etmişdir. Xoyski mə­
ruzəsini Erməni federasiyasının yaradılması üçün on­lara
siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Güm­
rü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yal­nız
İrəvan ola biləcəyi haqqında məlumat verdikdən son­ra
İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri oldu­
ğu­nu bildirmişdir. Xəlil bəy Xasməmmədov, Məmməd
Yu­sif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd
Mə­hərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın er­
mə­nilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik ad­
lan­dırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində 28 Şu­ra
üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nə­
fər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır (pro­to­
kol­da belə göstərilmişdir). Beləliklə, Azərbaycan Milli
Şu­rası Azərbaycan xalqının rəyini öyrənmədən İrəvanın
Er­mənistana güzəştə gedilməsi haqqında qərar qəbul et­
mişdir. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş nazi­ri
Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd
Həsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mü­
bahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək
və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə
getdik”. Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin
məsələyə yenidən baxılaraq, bu qərara protest elan edildi.
Protesti Şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. Milli
Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə
etməyi qərara aldı. İrəvanın ermənilərə güzəşt olunma­sı
haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması
üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən
tamamilə səhv addım idi.
Ermənistan Respublikası ilə Osmanlı dövləti arasında
bağlanmış 1918-ci il 4 iyun tarixli Batum müqaviləsinə
əsa­sən Sürməli qəzası, Aleksandropol (Gümrü), Şərur, Eç­
miədzin və İrəvan qəzalarının böyük bir hissəsi Osmanlı
döv­lətinə keçdi. İrəvan quberniyasının ərazisinin üçdə bir
hissəsindən azı Ermənistanın əlində qaldı. Lakin Birinci
dün­ya müharibəsində Osmanlı dövlətinin məğlubiyyəti
(1918-ci il Mudros barışığı) onun bu torpaqlarda möh­kəm­
lənməsinə imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyə­ti
də İrəvan quberniyasının tərkibinə daxil olan ərazilərində
öz hakimiyyətinin bərqərar edilməsinə nail ola bilmədi.
Yenicə yaradılmış Ermənistan (Ararat) Respublikası­
nın Azərbaycan, Gürcüstan və Osmanlı dövlətlərinə qar­şı
təcavüzkar siyasəti.
Ermənistanın keçmiş Tiflis quber­niya­
sının Axalkalaki (Axalkələk) və Borçalı qəzalarına qarşı
əsas­sız iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti
ta­rixi torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi
üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bil­
mədi. Lakin Ermənistan öz işğalçılıq planlarını müharibə
yolu ilə həll etmək yolunu tutdu. Osmanlı imperatorluğu
ilə Cənubi Qafqaz respublikaları arasında bağlanmış Ba­
tum müqavilələrinə (1918) əsasən, Gürcüstanla Ermə­
nis­tanın sərhəd zolağında türk qoşunları yerləşmişdi.
Okt­yabrın 18-də türk qoşunları oradan çıxdılar və həmin
yer­­ləri Gürcüstanı müdafiə edən alman qoşunları tutdu.
Birinci dünya müharibəsində (1914-1918) məğlub olmuş
Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə,
Bor­­çalı qəzasının xeyli hissəsi Gürcüstan hökumətinin
nə­zarətinə keçdi. Ermənistan Gürcüstana nota verərək,
onun Axalkalakidən çıxmasını tələb etdi. Oktyabr-no­
yabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəs­
kin­­ləşdi, ermənilər Axalkalaki və Borçalıda təxribatlar,
si­lahlı toqquşmalar törətməyə başladılar. Ermənistan
Axal­kalakiyə süvari eskadron, Borçalıya isə 4-cü erməni
pol­kunun hissələrini göndərdi. Dekabrın 9-da hərbi əmə­
liyyatlar başlandı. Döyüşlər azərbaycanlıların elliklə ya­
şadığı və tarixən onlara məxsus olan Borçalı qəzasında
ge­dirdi. Ermənistanın notasına görə Gürcüstan, Borçalı,
Axalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyni
ad­lı qəzanın bir hissəsindən imtina etməli idi. Dekabrın
17-də Gürcüstan Ermənistana rəsmən müharibə elan etdi,
Ermənistanla diplomatik əlaqələri kəsdi. Dekabrın 18-31-də
tərəflər arasında hərbi əməliyyatlar baş verdi. Müharibə
Azərbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi
ziyan vurdu. Birinci dünya müharibəsində qələbədən son­
ra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gür­
cüstan müharibəsinin dayandırılmasında fəal iştirak et­di.
Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları da­
yandırmağa razı olduğunu bildirdi. Gürcüstan hökuməti
də bununla razılaşdı. 1919-cu il yanvarın 9-17-də Tiflisdə
Ermənistan-Gürcüstan konfransı keçirildi. Ermənistan
və Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali Şu­ra­
sı tərəfindən həll edilənədək Borçalı qəzasının şimal his­
səsinin Gürcüstana, cənub hissəsinin isə Ermənistana ve­
rilməsi, Allahverdi mis mədənlərinin olduğu orta hissədə
isə “neytral zona” yaradılması qərara alındı. Neytral zo­
nanın idarəsi ingilis general-qubernatoruna həvalə edil­
di. Azərbaycanın qanuni iddiası olan Borçalının müqəd­
dəratının həll olunduğu konfransa Azərbaycan Xalq
Cüm­huriyyətinin nümayəndə heyəti dəvət edilməmişdi.
Ona görə də Azərbaycanın Tiflisdəki nümayəndəsi öz öl­
kəsinin bu qərarı tanımayacağını bildirdi. Sonralar Ru­siya
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qaf­
qaz bürosunun 1921-ci il 7 iyul tarixli qərarı ıiə “neytral
zona” da Ermənistana birləşdirildi. Beləliklə, Bor­çalının
azərbaycanlı əhalisinin öz müqəddəratını təyin et­mək hü­
ququ kobudcasına pozuldu, əzəli Azərbaycan tor­pağı olan
və azərbaycanlıların elliklə yaşadığı Borçalı Gür­cüstanla
Ermənistan arasında bölüşdürüldü.
Ermənistan Respublikası Azərbaycana qarşı da ərazi
id­dialarını təcavüzkarlıq və etnik təmizləmə siyasəti ilə
hə­yata keçirməyə çalışırdı. 1919-cu ilin payızında Ermə­
nistanın Azərbaycana qarşı ərazi iddiaları daha kəskin
şə­kil aldı. Azərbaycan Hökumətinin dövlətin ərazi bü­
tövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlər ermə­
nilərin hərbi-diplomatik fəaliyyətini puça çıxardı. ABŞ-ın
1...,18,19,20,21,22,23,24,25,26,27 29,30,31,32,33,34,35,36,37,38,...116