27
Azərbaycan xalçaları / İrəvan QRUPU
və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi
vəziyyətin kəskinləşməsinin Paris Sülh konfransının işi­nə
maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan
və Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ nü­ma­
yəndəsi C.Rey tərəflər arasındakı mübahisəli məsələləri
dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçirilməsini
təklif edirdi. Noyabrın 20-22-də Tiflisdə Azərbaycan və
Er­mənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və
A.Xatisyanın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri
ke­çirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müt­
təfiqlərin Qafqazdakı Ali komissarının müavini C.Rey və
Gürcüstanın xarici işlər naziri Y.Gegeçkorinin iştirakı ilə
tərəflər arasında saziş imzalandı.
Saziş beş maddədən ibarət idi: 1-ci maddəyə görə Ermə­
nistan və Azərbaycan hökumətləri baş verən toqquşma­
la­rı dayandırmağı və yenidən silah gücünə əl atmamağı
öhdələrinə götürürdülər; 2-ci maddə ilə tərəflər Zəngəzura
gələn yolların düzəldilməsi və açılması, bu yollarda hə­
rə­kətin təhlükəsizliyi üçün təsirli tədbirlər görülməsinə
ra­zılaşırdılar; 3-cü maddədə tərəflər sərhədlər haqqında
İrəvanın mərkəzi meydanı.
Ətrafdakı evlərin hamısı
azərbaycanlılara məxsus olmuşdur.
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...116