28
məsələlər də daxil olmaqla, bütün mübahisələri dinc yol­
la həll etməyi öhdələrinə götürürdülər. Dinc yolla razılığa
gəlmək mümkün olmadıqda, hər iki tərəf Amerika pol­
kovniki Reyi münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs
kimi qəbul edir və onun qərarlarını məcburi yerinə yetirmə­
yə razılaşırdılar; 4-cü maddədə noyabrın 26-da Bakıda
Azərbaycan -Ermənistan konfransının keçirilməsi qərara
alınırdı; 5-ci maddə sazişi imzalandığı gündən qüvvədə
sayır və parlamentlərin təsdiqindən sonra hüquqi qüvvəyə
mindiyini təsbit edirdi. Lakin real tarixi faktlar göstərdi
ki, Ermənistan bu sazişlə üzərinə düşən öhdəlikləri yerinə
yetirmədi. Erməni tərəfinin günahı üzündən noyabrın
26-da keçirilməsi nəzərdə tutulan Azərbaycan - Ermənistan
konfransı yalnız dekabrın 14-21-də baş tutdu. Bu konfrans­
da da əməli qərarların qəbul edilməsi mümkün olmadı.
1920-ci ilin aprelində Cənubi Qafqaz dövlətlərinin Tiflisdəki
konfransı zamanı aparılan müzakirələr də müsbət nəticə
vermədi.
Azərbaycanda Aprel işğalının (1920) həyata keçirilməsi
ilə 1919-cu il Azərbaycan - Ermənistan sazişi əhəmiyyətini
itirdi.
Erməni daşnak hökuməti Türkiyəyə qarşı da təca­vüz­
karlıq xətti yeridirdi. Bu siyasət onlar arasında müha­
ri­bə­yə səbəb oldu. Müharibənin başlanmasında böyük
döv­lətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı.
Ver­sal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris Sülh
kon­fransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi
(1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə
tu­turdu. Müqavilənin imzalanmasına Birinci dünya mü­
haribəsinin qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ara­
rat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görə Tür­
ki­yənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətləri­nin
bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Tür­
ki­yə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən
bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya et­
mə­mişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi
id­dialarını həyata keçirmək üçün müharibəyə başladı.
1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular.
Ru­siya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə
iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda
hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf
onun təkliflərini qəbul etmədi. Türk ordusu işğal olun­
muş torpaqların azad edilməsinə başladı; sentyabrın 29-da
Sarıqamışı, sonra Ərdəhanı azad etdi. Çıxılmaz vəziyyətə
düşdüyünü görən erməni-daşnak hökuməti türklərin
azadlıq yürüşünü dayandırmaq üçün Qərb dövlətlərinə,
“bütün sivilizasiyalı dünyaya”, müttəfiqlərə müraciət
etdi, lakin türklərin uğurlu, ədalətli mübarizəsi bu cür
“müraciətləri” cavabsız qoydu. Oktyabrın 30-da türklər
Qar­sa daxil olaraq, Aleksandropol (Gümrü) istiqamətində
hü­cumu davam etdirdilər. Ermənistanın ABŞ, B.Britaniya,
Fransa və İtaliyaya yeni müraciətləri də cavabsız qaldı.
Gürcüstan Respublikası isə noyabrın 6-da neytrallığını
elan etmişdi. Sovet Rusiyası bu müharibədən istifadə
edərək Ermənistanda möhkəmlənməyə çalışırdı. Lakin
er­məni-daşnak hökumətinin onun hərbi kömək təklifini
rədd etməsi bu niyyəti boşa çıxartdı. Türklər uğurlu hərbi
əməliyyatlar nəticəsində noyabrın 7-də Aleksandropolu
azad etdilər. İrəvan üzərinə yürüş başlandı. Noyabrın 18-də
Ermənistan barışıq imzalamağa məcbur oldu. Noyab­rın
29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Sovet Ru­
siyasının hərbi əməliyyatları nəticəsində devrilmiş daş­nak
hökuməti qüvvələrini sovet hakimiyyətinə qarşı səfər­­bər
etmək üçün dekabrın 2-də Gümrü müqaviləsini (1920)
imzaladı.
Müqaviləni Türkiyə hökuməti tərəfindən Fərid Ka­
zım Qarabəkir paşa, Ərzurum valisi Hamid bəy, Ər­zu­
rum­dan deputat Süleyman Nicati bəy, Ermənistan Res­
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...116