58
Zəngəzur mahalı
Zəngəzur mahalı, Gorus.
Zəngəzur mahalı, Mehri.
Daş tikili. E.ə. II minillik.
Zəngəzur mahalı, Sisyan, Qoşundaş.
Qayaüstü rəsmlər.
Zəngəzur mahalı, Mehri.
Zəngəzur bölgəsi şərqdən Qarabağ, qərbdən Naxçı­van,
cənubdan Arazla əhatələnmişdir. Zəngəzurun bir hissəsi
1920-ci ildən Ermənistanın tərkibinə verilsə də, həmişə
Qarabağla sıx əlaqədə bulunmuş və ya onun tərkib
hissəsi olmuşdur. Bu ərazinin folkloru, mə­dəniyyəti Qa­
rabağ, Naxçıvan və Göyçə əhalisinin tər­zi­nə çox yaxındır.
Qədim abidələr, çoxsaylı qoç daşlar, türbələrlə zəngin
olan Zəngəzur Təbrizlə İrəvan arasında əsas yol və kör­
pü olmuşdur. Rəngarəng təbiət örtüyü Zəngəzurun
yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Kiçik Qafqaz dağla­
rının əhatəsində olan Zəngəzurun bölgələri mədənləri və
faydalı qazıntıları ilə məşhur idi.
Zəngəzurun cənubunda yerləşən Mehri Zəngəzur da­ğı
ilə Arazın qovuşduğu yerdə rəngarəng bağları, ləz­zətli
meyvələri ilə tanınırdı. Zəngəzur dağlarının sərt havası
Arazın o tayından gələn yellərə qovuşaraq yumşalır və
torpağın bərəkətli havası mülayim bağları bəhrəli edir­
di. Bu yurd yerinin zəngin və rəngarəng bitki örtüyü,
meşələr və ucsuz-bucaqsız otlaqlar xalçaçılıq üçün mün­
bit şərait yaradır, havası, suyu və bitkiləri xalçalara min
bir rəng verirdi. Bölgədə ən qədim dövrlərdən etibarən
bitki, heyvan və mineral mənşəli təbii boyaların olması
boyaqçılığın inkişafına təkan vermişdir. Peşəkar boyaq­
çıların çoxəsrlik təcrübəsi zəminində təşəkkül tapmış
ənənəvi boyama texnologiyası toxuculara bir çox rəng
çalarlarından istifadə etməklə, onları bir-biri ilə uzlaş­
dırmaqla misilsiz ahəngdarlığa nail olmağa imkan yarat­
mışdır.
Tarixi abidələri, qədim məzarlıqları ilə məşhur olan
Sisyan rayonu yerləşdiyi coğrafi mövqeyinə görə həm
heyvandarlığın inkişafı üçün, həm də dağlıq və dağətəyi
bölgələrdən toplanan bitkilər hesabına əldə olunan təbii
boyalarla xalça sənətinin inkişafına ciddi təkan vermiş­
dir. Burada toxunan xalçalar mürəkkəb kompozisiya qu­
ruluşuna və qədim dünyagörüşünə söykənən obrazların
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...116