57
Bu bölgənin Babakişi, Kirəşli, Düzkənd kimi kənd­
lərində müxtəlif çeşidli xalçalar, məfrəşlər, xurcun, hey­
və, çullar və digər məişət əşyaları toxunmuşdur. Aparan
şəhərində isə xalçaçılıq sənəti tədricən unudulmuş, vaxtı
ilə yalnız bəzi evlərdə saxlanılmışdır.
Dərəçiçək mahalına aid olan Axtı bölgəsinin xalça­
ları olduqca məşhur idi. İrəvandan 50 km məsafədə
yerləşən Dərəçiçək mahalı və Axtı İrəvan xanlarının yay
iqamətgahı olmuşdur. Burada Yay sarayının, Xanbağının
izləri mövcuddur. Bölgə ərazisindən axıb keçən Zəngi və
Böyük çayları bu bölgəyə füsunkar gözəllik bəxş edirdi.
Aşağı Axtıdan şərqə doğru uzanan meşə örtüyü, Əlibəy
dağının ətəkləri, mahalın adından da göründüyü kimi,
güllərlə, çiçəklərlə zəngin idi. Dərəçiçək mahalının şi­
maldan Qarakilsəyə qədər uzanan Teş dağları qədim
türklərin - Dış Oğuzların sərhəddini göstərir. Həmçinin
Dərəçiçəkdə olan Altuntaxt yaylağı ”Kitabi-Dədə Qor­
qud”da adı çəkilən Altuntaxtla eynilik təşkil edir.
Bu bölgə dağlıq ərazi idi və dəniz səviyyəsindən 1500-
2000 metr yüksəklikdə yerləşirdi. Yerli əhali, əsasən,
kənd təsərrüfatı ilə məşğul olurdu. Hələ qədimdən
Alapars, Qorçulu, Bığlı, Qaraqala, Qarnıyarıq, Ozanlar,
Ulaşıq kəndləri özünün xalçaçılıq ənənəsi ilə məşhur ol­
muşdur. Ümumiyyətlə, adıçəkilən üç mahalın xalçaçılıq
ənənəsi göstərir ki, bu ərazidə uzuntüklü qara, qonur qo­
yunların, keçilərin saxlanılması toxunma texnologiyasına
da təsir etmişdir.
Aparan-Dərəçiçək-Talında toxunan xalçalarda əsas
elementlərlə yanaşı “sallama”, “qoşabuynuz”, “da­
raq”,“şamdan”, “S” şəkilli, “ulduz”, “dördünsür” və s.
mo­tivlər də geniş tətbiq edilmişdir. Bu mahalların xal­
çaların­da 7-dən 10-a qədər rəng çalarlarından istifadə
olunurdu.
Azərbaycan xalçaları / İrəvan QRUPU
Qəmsərəğan məbədi.
VII əsr. Talın mahalı.
Dərəçiçək mahalı, Axtı.
Talın məbədi.
VII əsr.
Marağavəng məbədinin divarında olan Azərbaycan
ornamentləri. X əsr.
Dərəçiçək mahalı, Axtı.
1...,49,50,51,52,53,54,55,56,57,58 60,61,62,63,64,65,66,67,68,69,...116