59
Azərbaycan xalçaları / İrəvan QRUPU
Qoç fiquru. Zəngəzur mahalı, Sisyan.
semantik həlli ilə seçilirdi. Eyni sözləri Qafanda və Go­
rusda toxunan xalçalara da aid etmək olar. Ümumiyyətlə,
Zəngəzur bölgəsi qədimdən azərbaycanlıların yaşayış
məntəqəsi olmaqla, Azərbaycan tarixinin tərkib hissəsi
kimi özünəməxsus inkişaf yolu keçmişdir. Buradakı yerli
əhali də bütöv Azərbaycan mədəniyyətinin dəyərlərini,
adətlərini məişətində yaşatmışdır.
Zəngəzur mahalının toxucuları isə əl işlərini digər
bölgələrin xalılarından fərqləndirirdilər. Zəngəzur ma­
halının xalçaçılıq ənənəsi daha çox Qarabağ məktəbinin
ənənələrinə yaxındır. Buna səbəb Zəngəzurun tarixən
Qarabağ xanlığı və burada yaşayan əhali ilə mədəni, iq­
tisadi əlaqələri və yaxınlığı idi. Mədəni-sosial mənada
Qarabağı Zəngəzurdan ayırmaq mümkün deyil. Nax­
çıvan, Cənubi Azərbaycan və Qarabağla həmsərhəd
olan Zəngəzur mahalının folklorunda, tətbiqi sənətində
adıçəkilən bölgələrin təsiri duyulur. Rəvayətlərdə, na­
ğıllarda, qayaüstü təsvirlərdə, daş işləmələrdə müxtəlif
mifoloji, zoomorf elementlər, həndəsi simvollar geniş
yayılmışdır. Zəngəzurda, Ucubılıx, Təkgöz, Div, Qaraçu­
xa, Virgin, Albastı, Kaftarkuş kimi mifoloji obrazlar bu
bölgənin folklorunda, tətbiqi sənətində də öz əksini tap­
mışdır. Bu ərazidə yaşayan azərbaycanlıların inancındakı
Ağ yol və Qara yol tanrılarının semantik həlli xalçalarda
da ifadə olunmuşdur. Həmçinin Xızır obrazı bəxt, həyat
verən, tale bəxş edən mürəkkəb həndəsi elementlərlə
işlənmişdir.
Zəngəzur mahalı həm də pir və ocaqların, müqəddəs
ziyarətgahların tez-tez rast gəlindiyi bölgədir. Zəngəzu­
run dağların əhatəsində olması dağ və daş elementlərinin
sakral mahiyyətini daha da qüvvətləndirmişdir. İlana
dağ ruhunun daşıyıcısı kimi baxan bölgə əhalisi öz inan­
cında və məişətində onun simvollarını yaşatmışdır.
Zəngəzur qədim Albaniya dövlətinin qüdrətini əks
etdirən abidələrlə, məbədlərlə, rənglərlə də məşhurdur.
Daş üstündə türk dilində Orxon-
Yenisey qrafikası ilə yazılmış yazının transkripsiyası.
E.ə. I minillik. Zəngəzur mahalı, Mehri, Nüvədi kəndi.
1. On uç ok erinc ay es, ay erinc es Er Odsan okun.
Dostum de, 13 oxumuz var?
Dostum Ər Odsan etiraf etdi: “Hə”
2. Ən Ər Az ekuç bey erinc, Ər Az əl.
Sən ucalmısan Ər
Az bəy, Ər bəy Az xalqının mövcudluğundan qürurlandı.
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...116