56
Aparan, Dərəçiçək və Talın mahalları
Bu mahalların da xalçaları kompozisiya quruluşu və
elementlərinə görə Qazax xalçaçılıq məktəbini təmsil
edən xalçalara yaxındır.
Talın mahalı dəniz səviyyəsindən 2047 m yüksəklikdə
yerləşir. Burada yerləşən möhtəşəmAlagöz dağının hün­
dürlüyü 4095 metrdir. Dağ vulkan mənşəlidir. Göz ox­
şayan əsrarəngiz mənzərəyə, alp çəmənliklərinə, hündür
dağlara malik olan bu rayonda hələ qədim dövrlərdən
nəfis xalçalar və xalça məmulatları toxunmuşdur. Bura­
da heyvandarlıq yüksək səviyyədə inkişaf etmişdir. Zərif
yunlu qoyunların bəslənməsi xammal ehtiyatının bol­
luğuna səbəb olmuşdur ki, bu da xalçaçılığın inkişafına
təsir göstərmişdir. Təbii üsulla alınan boyaq maddələri
burada toxunmuş xalçaların kompozisiyasında emosi­
onal təsir gücünü artırmış və xalçalara ecazkar görkəm
vermişdir.
Talında toxunmuş xalçaların gözəlliyinin, parlaqlı­
ğının səbəbi onun zərif və parıltılı elastik yundan alı­
nan iplərdən toxunmasıdır. Burada toxunan xalçalar­
da rənglərin və rəng çalarlarının sayı 7-dən 10-a qədər,
bəzən isə daha çox olmaqla dəyişir. Talın bölgəsinin Ay­
nalı, Quldərviş, Əkərək, Aşnaq, Mehriban, İrind, Sultana­
bad kimi kəndlərində xalçaçılıq məntəqələri olmuşdur.
İrəvan şəhərindən 59 km. şimal-qərbdə yerləşən Apa­
ran Qazax çayının sahilindədir. Tarixi çox qədimə gedib
çıxan bu şəhərin və onun ətrafındakı kəndlərin əhalisi,
əsasən, Azərbaycan türkləri olmuşdur. Bunu yer-yurd
adları da təsdiq edir. Mürəkkəb təbiətəmalik olanAparan
şimaldan qarlı dağlarla, cənubdan isə çöllərlə əhatələnib.
Alp çəmənlikləri və qaya üstündə bitən kollar buranın
xalçaçılıq sənətinə öz təsirini göstərmiş, əlvan rənglərin
alınmasına imkan yaratmışdır.
Alagöz dağı.
Alagöz dağının ətəyi.
Alagöz dağında daş yığnağı.
Alagöz dağının çəmənlikləri.
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...116