21
Azərbaycan xalçaları / şİRVAN QRUPU
texniki və bədii cəhətdən Şirvan xalçalarının eyni oldu­ğu üçün
on­ları da bu qrupa aid edirlər.
Şirvanın ən böyük xalçaçılıq mərkəzi Şamaxı şəhəri və onun
ət­rafında yerləşən qəsəbə və kəndlər olmuşdur.
Şirvanın xalçaçılıq mərkəzlərindən olan Göyçayda xovsuz və
xov­lu texnika ilə xalça və xalça məmulatları toxunmuşdur.
Digər xalçaçılıq mərkəzlərindən olan Kürdəmirin “Şilyan”,
“Kür­dəmir” və “Sor-sor” adlanan xalçaları çox məşhurdur.
Ucarın Yuxarı Şilyan kəndində tarixən xalça toxunmuş və bu
sə­nət qorunub saxlanılmışdır. Zərdabda əhalinin məi­şət tə­lə­
batını ödəmək məqsədilə xovlu və xovsuz xalçalar toxun­muş­
dur.
Qobustan rayonu da tarixən Azərbaycanın ən qədim xal­ça­
çı­lıq mərkəzlərindən biri olmuşdur. Bu rayonun “Mərəzə”,
“Na­bur”, “Çu­xanlı”, “Cəyirli”, “Cəmcəmli”, “Qabıstan” adla­
nan xovlu xalçaları, ki­lim, palaz, zili kimi xovsuz xalçaları və
xalça məmulatları çox məş­hurdur. Şirvan ərazisində toxun­
muş “Qabıstan” adlandırılan xalçalar üçün səciyyəvi olan xü­
su­siy­yətlərdən biri onların uzunsov formalı beş xalıdən iba­rət
olmasıdır. Bu xalçaların ölçüsü adətən 120x500 sm olur. “Or­ta­
lıq”, iki yan tərəflərə salınan “yanlıq”, ota­ğın baş hissəsinə sa­
lınan “başlıq” və qapıya yaxın olan hissəsinə dö­şənən “ayaq­
lıq” adlandırılırdı. Yundan−çox vaxt bəzən isə də­və və qoyun
yu­nundan, yaxud ipək və pambıq tərkibli iplərdən to­xunan
xal­ça məmulatlarının əsas toxunma mərkəzi Qabıstan kəndi ol­
muşdur. Qabıstanda toxunan xalçalar incə, parıltılı, yumşaq və
nazik olurdu. Toxucular bu tip xalçaları “taxta” adlandırırdı.
Ən qədim xalça məmulatı kimi xovsuz xalçaları göstərmək
olar. İlk mərhələdə texniki icra baxımından ən sadə kom­po­zi­
siyalar da xov­suz xalçalarda meydana çıxmış, onların bir ço­xu
dəyişikliyə uğ­ramadan indiyədək gəlib çatmışdır. Böyük öl­
çülü simmetrik rap­portlu kompozisiyalara bütün xovsuz xal­
ça istehsalı zonalarında, o cümlədən Şirvanda da rast gəlinir.
Xovlu xalçalar üçün səciyyəvi olan bu kompozisiyalar sonralar
xovsuz xalçalara köçürülmüşdür. Bu xalçalar istisnasız olaraq
bütün xalçaçılıq mərkəzləri kimi Şirvan üçün də səciyyəvidir və
xovsuz xalça nümunələrinin hamısında (pa­laz, kilim, zili, ce­cim,
şəddə və sumaxlarda) müşahidə edilir.
Haşiyəli və haşiyəsiz xalçalardakı kompozisiyalarda səthin
şa­quli hissələrə bölünməsi üsuluna Azərbaycanın digər böl­
gə­lərində ol­du­ğu kimi Şirvanın zili, cecim və kilimlərində də
rast gəlinir. Nax­çı­van cecimlərindən fərqli olaraq, Şirvan ce­
cim­­lərində zolaqlar nis­bətən ensizdir və bütünlüklə yığcamdır.
Şaquli hissələrə bölünmə Şirvan qrupuna aid olan kilimlər
üçün də səciyyəvidir. Bu qrupa aid olan “quyrumlu” kilimləri
ma­­raqlıdır. Bu tipli kilimlərdə ara sa­hə nisbətən mərkəzdə iki
hissəyə bölünür, həmin hissələrdən hər birində romblar olan
kvad­ratların şaquli sırası verilir.
Şirvanda xovsuz texnika ilə toxunan xalça və xalça mə­mu­
lat­la­rına palaz, kilim, cecim, sumax texnikası ilə toxunan mə­
mu­lat­lar daxildir. Şirvanda toxunan zililər və sumaxlar di­gər
böl­gələrin zili, ki­lim və sumaxlarından xeyli fərqlənir. Bu xal­
ça­ların zərifliyi qoyun yunundan asılıdır. Şirvanın aran his­sə­
sində bəslənən qoyunların yu­nundan əyrilən iplərdən “taxta-
micə” adlanan xovsuz xalçalar (pa­laz növü) toxuyurdular. Bu
tipli xalçalar tərəkəmələrin məişəti üçün daha çox səciyyəvi idi.
Oturaq əhali xalçaların daha çox zə­rif­liyinə, bədii tərtibatının
zənginliyinə diqqət yetirirdisə, elat əhali xalça məmulatlarının
davamlılığına daha çox diqqət yetirirdi. Bu səbəbdən də onlar
özlərinin müvafiq məişət tələbatlarını ödəyən xal­çalar və xalça
məmulatları toxuyurdular.
Orta əsrlərdə Şirvanda “Sumax” texnikası ilə də xalça və xalça
mə­mulatları toxunmuşdur. Bu xalçaların əsas to­xun­ma mərkəzi
Təbii boyalarla boyanmış iplər.
Kilim fraqmenti. Yun. Xovsuz. XIX əsr.
Şirvan qrupu. Azərbaycan.
Xalça fraqmenti. Yun. Xovlu. 1850-ci il. Şirvan
qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...76