19
Azərbaycan xalçaları / şİRVAN QRUPU
Boyaqçılıq Şirvan əhalisinin qədim peşələrindən biri­dir.
Bu böl­gənin əsas boyaqçılıq mərkəzləri Məlhəm, Ərçiman,
Çalov, Sor-sor, Qəşəd, Lahıc, Ərəbuşağı, Bas­qal, Dil­man,
Xatman, Nüydü, Cəyirli, Sulut, Zərgəran, Qara­qo­yun­
lu, Osmanbəyli, Çarhan, Na­bur, Kolanı, Poladlı, Ye­kə­xana
kənd­­ləri və s. olmuşdur. Şirvan xal­çalarının çoxu bu mər­
kəz­lərin adları ilə bağlıdır. Hətta bir çox yer­lərdən bu kənd­
lərə sifariş üçün gəlirdilər.Yaşlı toxucuların mə­lumatına gö­
rə, bu ərazidə yaşayanlar hələ qədim zamanlardan bit­ki­lər­
dən boyaq maddəsi əldə etməyin sirlərinə bələd olmuşlar.
Şirvan xalçaları üçün səciyyəvi olan qırmızı rəng, əsasən,
“qızıl boya” adlanan boyaq bitkisindən alınırdı. Burada həm
yabanı, həm də mədəni boyaq bitkiləri geniş yayılmışdır.
Boyaq bitkisinin hündürlüyü bir metrə qədər olur, yaşı­
la çalan sarı güllər açır. Torpaq altında qalan hissəsi isə iki
metr­­dən uzun kök atır ki, boyaq maddəsi məhz bu köklərdən
alınır. Xalça ustaları və küp boyaqçıları ondan qırmızı rəngin
müxtəlif çalarlarını əldə edirdi. Y. Streysin yazdığına görə,
Şirvan əyaləti orta əsrlərdə özü­nün boyaq kökü ilə məşhur idi.
Sarı rəng baldırğan, alma qabığı, əncir və ağ tut yarpağından
alınırdı. Yaşıl rəng isə əncir və tut yarpaqlarından alı­nan
sarı rəngdən sonra “indiqo” adlanan boyağa salma üsulu ilə
alınırdı.
S. Qulişanbarov Lənkəran qəzasında yetişdirilən indiqo
boyağının hər pu­dunun Şamaxı sənətkarlarına 140 manat
gümüş pula satıl­dığını söyləyir. Hər il Şamaxıda 400 pud
indiqo boyağı sa­tılardı.
Şirvan sənətkarları boyaqçılıqda nar, soğan, qoz qabığı, ba­
dam, ən­cir, tut yarpağı, sarağan (sarı rəng üçün), sığırgözü,
sü­pürgəgülü və s. bitkilərdən də boya maddəsi kimi istifadə
edirdilər.
Boyaq bitkiləri vasitəsilə yun ipin boyanması iki üsulla
apa­­rılırdı: bir sıra boyaq bitkiləri iplə birlikdə qaynadılırdı,
bə­zilərindən isə əvvəlcə boya məhlulu düzəldilir və sonra ip
həmin rəngə salınırdı. Şa­maxı, Ağsu və İsmayıllı rayonlarının
Dilman, Xatman, Hacıman, Qaraqoyunlu, Basqal, Sulut və
Ərçiman kəndlərində qozun qabı­ğını iplə birgə qaynadır,
sonra ipləri təzək külünə sürtürdülər və bu üsulla qara rəng
alınırdı. Qara rəng, eyni zamanda, nar qabığın­dan da alınırdı.
Bunun üçün Şamaxı qəzasında nar qabığının məh­lulu iplə
birlikdə qaynadılırdı. Beləliklə, ip dəvə yunu rəngi ha­lına
düşür və sonra onu qurudub qara zağ məhluluna salırdılar.
Şir­vanın Ərəb­şahverdi, Təklə, Qaracadüzü, Çalov, Cəyirli,
Şamaxı rayonu Ərçiman
kəndində yun darayan qadın.
Yunun bulaq suyunda yuyulması.
Xalça fraqmenti. Yun. Xovlu. XIX əsr.
Şirvan qrupu. Azərbaycan.
Kilim fraqmenti. Yun. Xovsuz. XIX
əsr. Şirvan qrupu. Azərbaycan.
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...76