20
Kilim fraqmenti. Yun. Xovsuz. XIX əsr. Şirvan
qrupu. Azərbaycan.
Müxtəlif dövrlərdə Şirvanda
olmuş əcnəbi səyyahlar,
tacir­lər, coğ­rafiyaşünaslar
evlərdə xalça və xalça
məmulatları toxun­du­ğundan
bəhs etmişlər. Görkəmli
ərəb tarixçisi Əbu-Cəfər-
Təbəri (839−923) ərəblərin
Azərbaycana yürüşünü təsvir
edərkən Azər­baycanın şi­
mal-qərb bölgəsində−Şirvan
əyalətində 22 hicri ilində
(642-ci il) çox gözəl xalçalar
toxunduğunu qeyd edirdi.
Məfrəşdən fraqment. Yun. Xovsuz. XIX əsr.
Şirvan qrupu. Ağsu. Azərbaycan.
Nabur və digər kəndlərində qara boyaq almaq üçün turş narın
qabığını iplə qay­nadır, sonra həmin ipi “qara torpaq” məhlulunda
və ya “qara zağ” məhlulunda ikinci dəfə “bişirirdilər”. Eyni
zamanda, bu böl­gədə ipi itburnu, qallı, sumax, sarağan vasitəsilə
də qara rəngə boya­yırdılar. “Qara torpaq” təbii halda açıq-sarı
rəngli olur, ona da­ha çox Qobustan kəndlərində (Ərəbqədim,
Yekəxana, Mərəzə, Təklə, Ərəbşahverdi, Kolanı, Poladlı və b.) olan
dərə və təpələrdə tə­sadüf edilirdi.
Boyama prosesində ip əvvəlcə aşqarlanırdı, yəni ip zəy məh­
luluna və ya zəy qarışdırılmış turş alça lavaşanasının məhluluna
salınırdı. Lavaşana olmadıqda onu alça, ərik və zoğal suyundan
hazırlanmış turş, qatı məhlul və yaxud ayranla əvəz edirdilər.
Şirvanda yun ipin aşqarlanmasının başqa bir üsulu da mövcud
idi. Burada ipi bo­yamazdan əvvəl onu alça lavaşanası və ya alça
məh­lulunda bişirir­dilər. İpboyama işinə əsas etibarilə payızın son
aylarında başlanırdı. Bu zaman yay və payız vaxtında lazım olan
təbii boyaq otları və meyvələrin hamısı toplanıb, tədarük edilirdi.
Bunun başqa bir sə­bəbi də yun məmulatının əksər hallarda qış
aylarında toxunması idi. Boyanmış ip çox saxlanıldıqda onu gü­
və yeyə bilir, toz basırdı. Bu səbəbdən də ip istifadəyə gərək olan
məqamda boyanırdı. Bo­yaq bitkilərinin Şirvanda çox olmasına
baxmayaraq, bu empirik bi­liklər hər bir boyaqçıda sirr olaraq
saxlanıldığından, boyaq texno­logiyasının bir çox sirləri bizə gəlib
çatmamışdır.
Müxtəlif dövrlərdə Şirvanda olmuş əcnəbi səyyahlar, tacir­lər,
coğ­rafiyaşünaslar evlərdə xalça və xalça məmulatları toxun­du­
ğundan bəhs etmişlər. Görkəmli ərəb tarixçisi Əbu-Cəfər-Təbəri
(839−923) ərəblərin Azərbaycana yürüşünü təsvir edərkən Azər­
baycanın şi­mal-qərb bölgəsində−Şirvan əyalətində 22 hicri ilində
(642-ci il) çox gözəl xalçalar toxunduğunu qeyd edirdi. Orta əsr­
lərdə Şirvanda xalçaçılıq sənəti yüksək inkişaf səviyyəsinə çat­
mışdır. Xaqani Şir­vani öz divanında Əbülhəsən Əlinin məşhur
ağac ustası (nəccar) və babasının toxucu olduğunu fəxrlə qeyd
edir. Şirvan xalçaları haq­qında orta əsr Avropa səyyahlarının ya­
zı­larında da maraqlı məlumatlar vardır. 1254-cü ildə Şamaxıda
olmuş fransız səyyahı V. Rubruk burada yüksək keyfiyyətli xal­
çaların toxunduğunu qeyd edir. XVI əsrdə Şirvanda olmuş Ban­
nisler və Duket yerli sə­nətkarların evlərindəki xalçalardan və
digər məmulatlardan bəhs etmişlər. Onlar qeyd edirlər ki, yerli
sakinlərin evlərində xalça və mis məmulatları istisna olmaqla ev
əşyaları azdır; onlar yerdə, xal­ça üstündə bardaş qurub otururlar;
bu sadə adamlar arasında eləsi ta­pılmaz ki, yüksək və yaxud
nisbətən aşağı keyfiyyətli xalçası ol­masın; onların evlərində otur­
duqları və digər otaqlarda başdan-ba­şa xalçalar döşənmişdir.
Bü­tün bu qeyd edilənlər sübut edir ki, orta əsrlərdə Şirvanda
əha­linin bütün təbəqələri xalçalardan və xal­ça məmulatlarından
ge­niş istifadə etmişlər. Şirvan xalçaları haq­da məlumatlara XVII−
XVIII əsr səyyahlarının yazılarında da rast gəlirik. Dərbənddən
Bakıya, sonra isə Şamaxıya gəlmiş alman səy­yahı A. Oleari qeyd
edir ki, kəndlilərin evləri çox səliqəlidir və dö­şəmələri xalılarla
örtülmüşdür. Şamaxıda olmuş Şotlandilyalı Beldə də oxşar mə­
lumatlara təsadüf edilir.
Son orta əsrlərdə toxunmuş “Şamaxı” adlı xalçalar Sankt-Peter­
burq­da, Yunanıstanın Afina şəhərindəki “Benaki” muzeyində,
Nyu-Yorkun “Metropoliten” muzeyində və Londonun “Viktoriya
və Al­bert” muzeyində nümayiş etdirilir. Adını çəkdiyimiz bu xal­
çalar hal-hazırda dünyanın ən nadir sənət inciləri sırasına da­xildir.
Şirvan xalçaları istehsal texnologiyasına görə xovsuz və xov­lu,
bədii (naxış) xüsusiyyətlərinə görə isə süjetli və süjetsiz növlərə
bö­lünür. Şirvanın xalçaçılıq mərkəzləri Şamaxı, Ağsu, Kürdə­mir,
Ha­cıqabul, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar ra­
yonlarının bir sıra kəndlərini əhatə edir. Qəbələ və Salyan xal­çaları
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...76