60
Ağacların gövdəsi və budaqları sürməyi, tünd-qırmızı rənglərlə, güllər tünd qırmızı, mavi,
qəhvəyi, sarı rənglərlə, yarpaqlar isə tünd-yaşıl və qırmızı rənglərlə işlənmişdir.
Sarı yerlikli kiçik ölçülü göllərin alt hissəsindəki sürməyi yerlikli göllərin içərisində,
kənarları dalğavari mehrab şəklində olan medalyonun içərisində sürməyi gövdəli, bu-
daqlarında onikiləçəkli güllər və yarpaqlar işlənmiş ağac motivi vardır. Ağacların hər iki
tərəfində sarı gövdəli, budaqları sürməyi, mavi, narıncı, açıq-yaşıl güllər və yarpaqlarla
bəzədilmiş kiçik ölçülü ağaclar təsvir edilmişdir. Gölün boşluqları gül-çiçəkli budaqlarla
doldurulub.
Ara sahənin yuxarı hissəsində soldan-sağa istiqamətdə üçüncü gölün içərisində sürməyi
yerlikdə “saçaqlı söyüd”, “Ağlayan söyüd” və yaxud “Məcnun söyüd” adlandırılan təsvir
verilib. Qədim dövrlərdə yaxın Şərqdə, xüsusilə Qafqazda, İranda və Hindistanda “Ağla-
yan söyüd” məhəbbət rəmzi kimi yozulurdu. Şərqdə divar bəzəklərində, həmçinin bədii
ədəbiyyatda əsrlərləməhəbbət səhnələri, adətən, söyüd altında təsvir edilmişdir. Məhəbbət
mövzusunda yazılmış “Leyli və Məcnun” əsərində Leyli və Məcnun söyüd altında təsvir
edilmişdir.
Gölün boşluqlarında və söyüd ağaclarının sağ və solunda güllü-çiçəkli budaqlar vardır.
Ara sahədə yuxarıdan-aşağı istiqamətdə dördüncü, soldan birinci, soldan-sağa
istiqamətdə üçüncü, yuxarıdan-aşağı istiqamətdə ikinci, altıncı, sağdan birinci sarı yerlikli
göllərin içərisində “bəy gülü ” adlandırılan gül təsvirləri verilmişdir. Gül budaqları bir-
birinin ardınca sarmaşıq düzülüşü ilə tərtib edilərək, çox baxımlı bir görünüş yaradılmışdır.
Sürməyi rəngli budaqlarda tünd-qırmızı, çəhrayı, sürməyi, mavi, sarı rəngli güllər tünd
və açıq-yaşıl yarpaqlar br-biri ilə qanunauyğunluqla uzlaşdırılaraq xalçaya təkraredilməz
, canlı görünüş gətirir. Eyni motivlər xalçanın bala haşiyələrində eyni yerlikdə təkrarlanır.
Ara sahənin yuxarı hissəsində yuxarıdan-aşağı istiqamətdə üçüncü, soldan-sağa
istiqamətdə ikinci və dördüncü mavi yerlikli göllərin içərisində üzüm ağacını xatırladan və
kənarları pilləli yarımçıq medalyon təsvirləri vardır. Üzüm ağacının (tənək) gövdəsi tünd-
qəhvəyi, narıncı, budaqları tünd qırmızı, narıncı, yarpaqları isə açıq və tünd-yaşıl rənglərlə
tərtib edilmişdir. Boşluqlar sürməyi,
qəhvəyi, çəhrayı, yaşıl rənglərlə işlənmiş
gül-çiçəklərlə bəzədilib.
Xalçanın ara sahəsinin yuxarı hissəsində
soldan və sağdan birinci, yuxarıdan-aşağı
istiqamətdə ikinci qəhvəyi yerlikli göllərin
içərisində bir böyük və altı kiçik ölçü-
lü ağac təsvir edilib. Ağaclarda üç, dörd,
beşləçəkli güllər və çiçəklər vardır. Gölün
aşağı künclərində yarımçıq medalyonlar
yerləşdirilib. Yaşıl yerlikli yarımçıq medal-
yonlarda da güllər işlənmişdir.
Ara sahənin sağ və solunda yuxarıdan-
aşağı istiqamətdə üçüncü cərgədə sürməyi
yerlikli göllərin içərisində zoğalı yerlikdə
güldan vardır. Güldanın içərisində mavi,
qəhvəyi, qırmızı, şəkəri, çəhrayı rənglərlə
işlənmiş güllər, açıq və tünd-yaşıl, qırmızı
rəngli çiçəklər tərtib edilmişdir. Güldanın
sağ və solundan şəkəri, açıq yaşıl yarapqlı
budaqlar sallanır. Güldanın hər iki tərəfində
qəhvəyi gövdəli gül ağacı işlənib. Gölün
boşluqları güllərlə bəzədilib.
Ara sahənin mərkəzindəki mavi yerlik-
li gölün içərisində onaltıləçəkli medalyon
yerləşdirilib. Medalyonun yuxarı və aşağı
hissələrindən gül-çiçəkli budaqlar şaxələnir.
Medalyonun
içərisində
səkkizləçəkli,
nisbətən kiçik ölçülü medalyon vardır.
Onaltıləçəkli medalyonun hər bir ləçəyində
bir gül təsviri verilib. Sarı, qırmızı, açıq-
yaşıl, sürməyi, mavi, açıq-qəhvəyi rənglər
bir-biri ilə yüksək peşəkarlıqla və qanu-
nauyğunluqla uzlaşdırılaraq göz oxşayan,
zəngin rəng palitrası yaradılıb. Medalyon
ümumilikdə günəş forması almışdır.
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...84