121
TƏBRİZ kitabxanasının yaradılması və
I İSMAYIl dövründəki fəaliyyəti
Kitabxananın yaradılması haqqında I İsmayılın rəsmi fərmanının tam
mətni (“Nişani-kələntəri-kitabxaneyi-humayun” – müəllif) məlum
olsa da,
(əmrin tam mətni üçün bax: Bist məqaleye-Qəzvini – “Qəzvininin 20 məqaləsi”,
Tehran; 1953, səh. 268-273 və Şah İsmayıl Səfəvi. “Əsnad və mokatebate tarixi. Bi ehtemame
Əbdülhüseyn Nəvai – Şah İsmayıl Səfəvi. Sənədlər və tarixi yazışma”, Əbdülhüseyn Nəvai nəşri.
Tehran; 1968, səh. 359-361)
tarixçilər və mədəniyyətşünaslar kitabxananın
dəqiq hansı tarixdə yaradıldığı məsələsində qəti söz deməyə çətinlik
çəkirlər. lakin kitabxananın formalaşdırılması prosesinin İsmayılın taxta
çıxmasından az sonra vüsət aldığı fikri mütəxəssislər arasında ciddi
mübahisə doğurmur. Tanınmış rusiyalı iranşünas - alimO. F. Akimuşkin
(1929–1993) “I Təhmasib Səfəvinin Təbrizdəki saray kitabxanasına
dair” adlı məqaləsində belə bir ehtimal irəli sürür ki, I İsmayıl Təbriz
kitabxanasının formalaşdırılması işinə Ağqoyunlu Əlvənd Mirzə
üzərində qəti qələbə qazandıqdan və bu sülalənin var-dövlətini, o
cümlədən zəngin kitab kolleksiyasını ələ keçirdikdən sonra başlamışdır:
“İstənilən halda bu hadisə 1501-ci ildən, yəni I İsmayılın Ağqoyunlu
hakimi Əlvəndi məğlub edərək Təbrizi tutmasından və bu sultanın
xəzinəsinə sahib olmasından tez baş verə bilməzdi. Çox güman ki,
sonradan I İsmayılın yaratdığı kitabxananın əsasını vaxtilə Ağqoyunlu
xanədanına məxsus kitabxana təşkil etmişdir. Bu ehtimalı Nizaminin
“Xəmsə”sinə çəkilmiş və hal-hazırda İstanbulun Topqapı muzeyində 762
№ - li şifr altında saxlanılan əlyazmalar silsiləsi də sübut edir. Təbrizdə
hazırlanmağa başlandığı dövrdə ilk olaraq Pirbudaq
Qaraqoyunlu üçün nəzərdə tutulan yüksək zövqlə
bəzədilmiş bu əlyazma sonradan Ağqoyunlu hakimləri
Sultan Xəlilin və 1481-ci ilə aid yazışmaya əsasən Sultan
Yaqubun xəzinəsinə qismət olmuşdur. Sultan Yaqubun
zamanında xəttat Əbdürrəhim əl-Xarəzmi tərəfindən
bu əlyazma üzərindəki ümumi işlər tamamlansa da,
silsiləyə bütünlüklə I Şah İsmayılın kitabxanasında
yekun nöqtə qoyulmuşdur. Belə ki, silsiləyə daxil olan 19
təsvirdən 10-u Səfəvi kitabxanasında ya tamamlanmış,
ya da tamamilə yenidən işlənmişdir. Böyük ehtimalla
silsilə Səfəvi kitabxanasına məhz Ağqoyunlu sülaləsinə
məxsus kitabxanadan miras qalmışdır. Yeri gəlmişkən,
Təbriz kitabxanasında I İsmayıl dövründə tamamlanan
vaxtilə yarımçıq qalmış xəttatlıq nümunələrindən
Asəfinin üzü 1502–1503-cü illərdə Heratda köçürülmüş
“Dastani-Camal və Cəlal” poemasını, həmçinin Nizami
əsərlərinindaha iki nüsxəsini qeyd etməkmümkündür”
[О.Ф.Акимушкин. “Средневековый Иран: Культура, история, фило-
логия”, СПб; “Наука” 2004, səh. 364].
Təbrizkitabxanasınınilkrəhbərivəzifəsinəisəgörkəmli
Azərbaycan rəssamı, Təbriz miniatür məktəbinin
banilərindən biri Ustad Sultan Məhəmməd (1470–
1555) təyin olundu. Onun rəhbərliyi altında kitabxana
və onun nəzdində fəaliyyət göstərən emalatxana
məhsuldar işi ilə bütün Şərqdə şöhrət qazana bilmişdi.
Bu gün də dünya muzeylərini bəzəyən və Azərbaycan
rəssamlıq məktəbinin başını uca edən əksər təsviri sənət
nümunələri məhz Sultan Məhəmmədin başçılıq etdiyi kitabxananın
yaradıcı potensialının bəhrəsi sayılmalıdır.
I İsmayılınAğqoyunlu kitabxanasına bu cür ehtiramla yanaşması onun
bir hökmdar, eyni zamanda, şəxsiyyət kimi nəcibliyini sübut edən və hər
I Şah İsmayıl.
Rəssam: Nərmin Xankişiyeva.
1...,113,114,115,116,117,118,119,120,121,122 124,125,126,127,128,129,130,131,132,133,...200