122
bir azərbaycanlıda qürur hissi doğuran təqdirəlayiq faktdır.
Təbriz kitabxanasının yaradılması təşəbbüsündən söz
düşərkən, I İsmayılın elmə, sənətə olan həssas münasibəti,
onun şəxsi keyfiyyətləri ilə yanaşı həm də orta əsr
müsəlmanaləmindəərəbxəlifələri dövründənmirasqalmış
mütərəqqi ənənənin təsirini də etiraf etmək gərəkdir. Belə
ki, hələ Məhəmməd peyğəmbər (ə.s.) kitab mədəniyyətini,
elmi əsas plana çıxararaq müsəlmanlara yazıb-oxumaq
öyrədən hərbi əsirlərin dərhal azad olunmasına göstəriş
vermişdi. Sonralar, Abbasi xəlifələri dövründə kitabın və
elmin əhəmiyyəti elə bir mötəbər dərəcəyə yüksəlmişdi
ki, hətta xarici dövlətlərdən, xüsusilə zəngin kitabxanalara
sahib Bizansdan xərac əvəzinə qiymətli əlyazmalar
alınırdı. Xilafət rəhbərliyinin kitabxana siyasəti haqqında
danışarkən, azərbaycanlı tədqiqatçı Çingiz Qacar bunları
yazırdı: “Bağdaddakı “Beytül-hikmə”–“Hikmət evi”-nə
(əsası hələ Harun ər-Rəşid dövründə (775 – 809-cü illər)
qoyulmuş və elmin bir sıra sahələri üzrə fundamental
tədqiqatlar aparan bu qurumun funksiyasını müasir
dövrdə Elmlər Akademiyasının fəaliyyəti ilə müqayisə
etmək mümkündür – müəllif) bir çox ölkələrdən antik
əsərlərin tərcüməçiləri dəvət olunur. Xüsusi xidmətlər
xilafətin hər yerindən tərcümə üçün kitablar toplayırdı.
Bizansdan təzminatlar qızıl əvəzinə kitablarla alınırdı.
Həmçinin şərəfli qonaqlardan hədiyyə kimi kitab qəbul
olunurdu. Belə hesab olunur ki,
“Hikmət evi”ndə 400 min nüsxəyə
qədər kitab toplanmışdı. Kitabxananın
başında dövrün görkəmli alimi
Xarəzmi dayanırdı”
[Ç. Qacar. “Qədim və
orta əsrlər Azərbaycanının görkəmli şəxsiyyətləri”,
Bakı; 1997, səh. 82].
Orta əsr müsəlman aləmində kitabxa-
na mədəniyyətinin əhəmiyyətini, eyni
zamanda I Şah İsmayılın şəxsiyyətini
və yaratdığı dövlətin qarşısına qoydu-
ğu məqsədləri nəzərə aldıqda Təbriz
kitabxanasına Səfəvi rəhbərliyi tərə-
findən göstərilən himayənin səbəb-
ləri tamamilə aydınlaşır (Məsələ
burasındadır ki, I İsmayıl Osmanlı
Türkiyəsi ilə İslam aləminə hökm
etmək uğrunda ciddi mübarizəyə gi-
rişmişdi və bu qarşıdurmanın qalibi
sonradan, şübhəsiz ki, Məkkə üzərində
nəzarəti ələ alaraq özünü xəlifə elan
edəcəkdi. Sonrakı hadisələr də bunu
sübuta yetirdi, Çaldıran döyüşündə I
İsmayılı məğlub edən Sultan Səlim bir
neçə il sonra Məkkəni tutaraq özünü
xəlifə elan etdi – müəllif). Şübhəsiz
ki, müsəlman Şərqində birincilik uğ-
runda mübarizə aparan I İsmayılın
ərəb xəlifələrindən miras qalmış ən
mütərəqqi ənənələri, o cümlədən elmə
və sənətə himayədarlıq missiyasını ən
yüksək səviyyədə davam etdirməsi
təbii idi.
SUltAn MəhəMMəD
– görkəmli
Azərbaycan miniatür rəssamı. XVI əsr Təbriz
miniatür məktəbinin banisi sayılır. Təxminən
1490-cı ildə anadan olub, XVI əsrin ortalarında
isə vəfat edib. Həm Şah İsmayıl Xətainin, həm də
Şah Təhmasibin dövründə saray kitabxanasının
rəhbəri olub. Sultan Məhəmmədin Şərq poeziyası
klassiklərinin əsərlərinə çəkdiyi miniatürlər,
eyni zamanda ayrı-ayrı mövzularda yaratdığı
miniatürlər dünyanın ən yaxşı muzeylərində
və şəxsi kolleksiyalarda qorunmaqdadır. Dahi
sənətkarın özünün və onun məktəbindən olan
digər rəssamların əsərləri beynəlxalq hərraclarda
yüksək qiymətləndirilir. Onun əsərlərindən
“Şahnamə” (1573) hazırda Nyu-Yorkdakı Metrop-
oliten, Nizami “Xəmsə”si (1539–1543) londondakı
Britaniya, Hafiz “Divan”ı Kembricdəki Foqq
muzeylərinin bəzəyidir. londandakı Bri-
taniya Muzeyində saxlanan və Şah Təhmasib
üçün məxsusi hazırlanmış Nizami “Xəmsə”si
mütəxəssislər tərəfindən bütün dövrlərin
və xalqların kitab sənətinin zirvə əsəri kimi
qiymətləndirilir.
Sultan Məhəmməd.
Rəssam: Nərmin Xankişiyeva.
1...,114,115,116,117,118,119,120,121,122,123 125,126,127,128,129,130,131,132,133,134,...200