120
MİNİATÜRÇÜ
RəSSAM
1501-ci ildə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycanın həm
siyasi, həm də mədəni tarixində yeni, kifayət qədər mütərəqqi və
zəngin bir mərhələnin əsası qoyuldu. Bir yandan nəhəng coğrafi
məkanın qədim sənət və elm ənənələrinə malik xalqlarını vahidmərkəz
çərçivəsində birləşdirməyə müvəffəq olmuş Səfəvilər, digər tərəfdən
də mədəniyyət xadimlərinin himayə olunmasını dövlət siyasətinin
ali məramlarından birinə çevirdilər. Təbii ki, bunun səbəblərini
bir neçə mühüm amillə izah etmək olar. Ancaq heç şübhəsiz ki, bu
məsələdə Səfəvi dövlətinin banisi – görkəmli dövlət xadimi, sərkərdə
və şair I İsmayılın mədəniyyət xadimlərinə xüsusi münasibəti əsas
idi. Yaradıcılığı ilə anadilli ədəbiyyatın tarixində ayrıca bir mərhələ
təşkil edən Şah İsmayıl qısa müddətdə yaratdığı imperiyanın müxtəlif
bölgələrində yaşayan tanınmış xəttatları, şairləri, alimləri paytaxt
Təbrizə dəvət edərək, onların rahat fəaliyyət göstərmələri üçün hər
cür şərait yaratdı. Çox keçmədi ki, Təbriz Yaxın Şərqin mədəniyyət və
sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazandı.
Aydındır ki, Səfəvi dövlətinin mədəniyyət sahəsində atdığı bu cür
mütərəqqi addımlardan ən çox faydalanan imperiyanın qurucusu
və hakim etnosu olan Azərbaycan türkləri idi. Birincisi ona görə ki,
qədim ənənələri olan ədəbiyyatın, həmçinin sənətkarlıq və rəssamlıq
məktəbinin nailiyyətləri Yaxın Şərqin digər ölkələrinə yayılaraq
xalqın şöhrətini birə-beş artırırdı. İkincisi də Azərbaycan mədəniyyəti
imperiyanın tərkibinə daxil olan müxtəlif xalqların mədəniyyəti ilə
qarşılıqlı ünsiyyət şəraitində daha da inkişaf edir, fərqli çalarlarla, yeni
yaradıcılıqmövzuları və üslubları ilə zənginləşirdi. Əgər I Şah İsmayılın
23 illik hakimiyyəti dövründə onun mədəni sferada yürütdüyü
siyasətdən Azərbaycanın, daha dəqiq desək, milli mədəniyyətimizin
nələr qazandığını qısaca xarakterizə etməli olsaq, iki məqamı məxsusi
qabartmaq zəruridir: birincisi, Azərbaycanı və İranı Ərəb xilafətinin
süqutundan Səfəvilər dövlətinin yaranmasına qədər keçən zaman
kəsiyində idarə etmiş türk mənşəli sülalələrin öz ana dillərinə laqeyd
münasibətləri nəticəsində həm şeiriyyət müstəvisində, həm də dövlət
idarəçiliyi məsələlərində ikinci plana sıxışdırılmış Azərbaycan türkcəsi
I İsmayılın qətiyyəti nəticəsində “hakim dil” statusu qazandı. İkincisi,
Nəsirəddin Tusinin Marağada açdığı rəsədxananın və Rəşidəddinin
Təbrizdə təşkil etdiyi “Dar-üş şəfa” müalicə-tədqiqat kompleksinin
dağılmasından sonra ilk dəfə məhz I İsmayılın səyləri ilə Azərbaycanın
yaradıcı potensialı (xüsusilə xəttatlıq və rəssamlıq istiqamətləri üzrə)
vahid mərkəzdə cəmləşdirilərək, onun keyfiyyətli iş əmsalı təmin
edilmişdi.
Həmin şərəfli mərkəz funksiyasını isə şübhəsiz ki, uzunmüddət Səfəvi
sarayı nəzdində fəaliyyət göstərmiş Təbriz kitabxanası yerinə yetirirdi.
Təbriz kitabxanasının Azərbaycan, eləcə də ümumən müsəlman-Şərq
mədəniyyətinə verdiyi töhfələrdən söz açmazdan əvvəl bu təsisatın
yaranma tarixinə qısaca nəzər yetirmək pis olmazdı.
Miniatür.
“Sultan Hüseynin portreti” Behzad.
KəMAləDDİn BehZAD
(1455–1536) - miniatür rəssamı.
Herat miniatür məktəbinin ən
görkəmli nümayəndəsidir. Uzun
müddət Səfəvi şahlarının sarayında
fəaliyyət göstərən Kəmaləddin
Behzad Şah İsmayıl Xətainin ən çox
hörmət bəslədiyi sənətkarlardan
idi. Behzadın sənətinin əks-sədası
çox geniş yayılmış və Orta Asiya,
səfəvi, moğol təsviri incəsənətinə
böyük təsir göstərmişdir.
Mətn: Eldar ƏMİROV
1...,112,113,114,115,116,117,118,119,120,121 123,124,125,126,127,128,129,130,131,132,...200