45
kitabları necə yaranmışdır? XIX əsrin sonlarında
xalça toxuculuğuna “qadın hesabına yaşama”,
“arzuedilməz iş” prizmasından yanaşan, bu
işi öz xanımlarına rəva görməyən ermənilər
XX əsrin sonlarında ayılaraq xalçanın misil-
siz sənət əsəri olduğunu başa düşmüşlər və
Azərbaycan qadınının əli ilə toxunmuş xal-
çaları dünya ictimaiyyətinə “qonşu hesabına
yaratma” deyil, “erməni xalçası” adı ilə çat-
dırmağı özlərinə rəva görə bilmişlər. İnqilab-
dan əvvəl erməni tacirləri tərəfindən Avro-
paya aparılmış xalçalar erməni xalçası kimi
təqdim olunmuş, təəssüflər olsun ki, bir
çox dünya muzeylərində bu xalçalar hələ də
erməni xalçası kimi nümayiş etdirilir. Xatırla-
daq ki, erməni təcavüzünə yalnız Qarabağ xal-
çaları deyil, ümumiyyətlə, Azərbaycanın digər
xalça məktəblərinə aid olan xalçalar da məruz
qalıb. Oğurluğa adət etmiş ermənilər Qarabağ
qrupuna aid olan məşhur “Açma-yumma”nı
“Karin”, “Muğan”ı “Quqark”, “Çələbi”ni “Vi-
şapaqorq” və ya “Syunik”, “Malıbəyli”ni
“Vişapatorq”(Arsax”), “Talış”ı “Arsax” adı ilə
təqdim edirlər. Belə yerdə xalqımızın bir atalar
sözü yerinə düşür: “Sağmal inək bizdə, satlıq yağ
sizdə”.
Qarabağ xalçalarının texniki xüsusiyyətlərinə
gəlincə, qeyd etmək lazımdır ki, al-əlvan və
şux rənglər, nəbati və zoomorf təsvirlər, port-
ret üslubu bölgə toxuculuq sənətinin səciyyəvi
xüsusiyyətlərindəndir. Qarabağ xalçalarının rəng
harmoniyası zövqdən, yerli sənətkarların bədii
düşüncə xüsusiyyətlərindən və boyaq bitkilərinin
zənginliyindən irəli gəlirdi. Qarabağda ən yax-
şı xalçalar zərif və möhkəm toxunmuş, səthi
səliqəli qırxılmış, bərabər küncləri, solmayan
rəngləri və əriş tayları yundan olan xalçalar hesab
olunurdu. Qarabağ xalça toxucuları bu sahədə
böyük şöhrət qazanaraq, xalça çeşnilərinin to-
xunmasında,
ornamental
bəzək
xüsusiyyətlərinin
seçilməsində,
qoşa çeşni elementlərinin simmetrik
yerləşdirilməsində, yelən və göllərin
salınmasında və s. misilsiz zövqə
malik olub, bənzərsiz dekorativ
sənət əsərləri səviyyəsində xalça
məmulatları istehsal edirdilər. Bun-
ların içərisində, Azərbaycan etnoq-
rafik bölgələrindən yalnız Qarabağ
üçün səciyyəvi olan dəst xalı (xalı
və ona müvafiq olan yanlar) daha
çox diqqəti cəlb edir, satış üçün ən
rəvan məmulat hesab olunurdu.
Məhz Qarabağ dəst xalının klassik
vətəni hesab edilir. Məlumat üçün
qeyd edək ki, dəst xalı eni 2m, uzunu 4-8m olan
ortalıqdan, eni 1m, uzunu ortalığın boyuna mü-
vafiq yanlardan (buna kənarə də deyilir) ibarət
olaraq toxunur, bəzən bu dəstə başlıq və ayaqlıq
da əlavə edilirdi.
Qarabağda tarixi əhəmiyyətli sənətkarlıq sahə-
si olan xalçaçılıq sənətinin inkişafında “Qara-
bağı” qoyun cinsinin ağ-boz rəngli yunu bö-
yük əhəmiyyət daşıyırdı. XIX əsrin sonu–XX
əsrin əvvəllərində Qarabağ bölgəsi qoyun-
çuluq təsərrüfatının inkişafı cəhətincə digər
bölgələrdən irəlidə olmuşdur. Bəzən həqarətlə
“çoban”, “tərəkəmə” adlandırılan maldarlar
yaşadıqları çətin, dözülməz şəraitə baxma-
yaraq, dünya mədəniyyəti xəzinəsinə bir çox
tədqiqatçıların hələ də tam öyrənə bilmədiyi xal-
ça kimi misilsiz, sirli sənət əsərləri bəxş etmişlər.
Uzaq keçmişimizdən bu günümüzə məktub kimi
ünvanlanan xalçalarda hələ açılmamış neçə-neçə
sirlər yatır.
Qarabağ xalçalarının yüksək bədii keyfiyyətə
malik olmasında toxucunun boyaqçılıq məharəti
də mühüm rol oynamışdır. Verilən məlumatlara
görə keçmişdə Qarabağda bir oba bütünlüklə
boyaqçılıqla məşğul idi. Dörd bir yandan bura-
ya ip boyamağa gəlirdilər. Cəbrayıl rayonunun
“Çay yatağı” adlanan ərazisində, Məmməd bəy
Kəhrizində də vaxtilə boyaqxana olmuşdur. Xal-
çanın gözəl çıxmasında boyağın əsas şərt oldu-
ğunu bilən sənətkarların dediyinə görə, boyaqçı-
1.
Çul. Zili. Yun. Xovsuz. 162x100. XIX əsrin ortaları.
Qarabağ qrupu. Kəlbəcər. Azərbaycan.
2.
Xalça. "Muğan". Yun. Xovlu. 142x128. 2009-cu il.
Qarabağ qrupu. Azərbaycan. "Azər-İlmə" istehsalı.
3.
Məfrəş. Zili. Yun. Xovsuz. 134x104. XIX əsrin sonları.
Qarabağ qrupu. Kəlbəcər. Azərbaycan.
3.
n t
l
d
r
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...204