46
nın gözü iti olmalı, rəngi bir-birindən seçməlidir.
Xalçaçılar çeşnini qonşulardan, hətta qonşu
kəndlərdən əldə edərək istifadə edirdilər. Adətə
görə xalçanı kəsdikdən sonra çeşni sahibinə
“xələt” verilirdi. Bəzən çeşnisiz, öz təxəyyülü ilə
xalça toxuyan toxuculara da rast gəlinirdi. Belə
sənətkarlardan Möhtərəm Məmmədova, Şəkər
Əliyeva, görkəmli xalçaçı Lətif Kərimovun anası
Telli xanım və onlarla belə sənətkarların adı və on-
ların yaratdığı əsərlər bu gün də yaddaşlarda yaşa-
yır. Ömrünün yüz ilini hana arxasında keçirən Şəkər
Əliyeva “İtli-atlı”, “Pələng”, “Buta”, “Qızılgül”,
“Yaz çiçəyi”, “Bahar”və s. adlı xalçalar toxumuş-
dur. Təəssüflər olsun ki, keçirdiyi ağır həyat şəraiti
onun əl işlərinin əcnəbi vətəndaşlara satılmasına
səbəb olmuşdur. Əsası odur ki, oxuyub-yazmağı
bacarmayan bu mahir sənətkar bir çox xalçalarda
“Muxtar”, “Sadıq”, “Əsgər”, “Zərif”, “Hökumə”
və başqa adlar yazmış, bütün xalçalara öz imzasını
–“Ş” qoymuş və tarix yazmışdır.
Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgə-
sinin xalça-palaz toxuculuğu sənəti sahəsində
xovsuz xalça məmulatı toxuculuğuna da geniş yer
verilmişdir. Bunlar, adətən, palaz, məfrəş, kilim və
s. adı altında ümumiləşirdi. İstehsal texnikasına və
istifadə məqsədinə görəxovsuz xalça məmulatları
palaz, kilim, vərni, sumax, şəddə, ladı, çul, məfrəş,
çuval, xurcun, heybə, duz torbası və s. olmaqla
müxtəlif növlərə ayrılsa da, bunların arasında palaz
məmulatı toxuculuğu xüsusi yer tuturdu. Palaz tipli
toxuma növləri az məsrəflə, tez başa gəldiyindən,
iqtisadi cəhətdən daha sərfəli idi [4, 424].
Qarabağ toxucuları sumax, ləmpə, cəbrayıllı
və gülvəngəli adlandırılan kilim növlərinin to-
xunmasında böyük təcrübə toplamışdılar. Ki-
limalması, kərpic, əl, şeytan, zəncir, podnos,
alma, quş, balıq, nal, buta və s. kimi nəqş-bəzək
elementləri Qarabağ kilimlərində ənənəvi
çeşnilər olub, ara-sıra xalça toxuculuğunda da
istifadə edilirdi.
Qarabağın xovsuz xalça məmulatlarının ən
məşhur nümunəsi vərni hesab olunurdu. Heç
bir xovsuz xalça, çeşnilərinin monumental-
lığı cəhətdən vərni ilə rəqabətə girə bilməz.
Azərbaycanın digər etnoqrafik bölgələri içəri-
sində toxuculuq sənəti sahəsində bir çox lokal
xüsusiyyətlərə və məhəlli-spesifik cəhətlərə
malik olan Qarabağ tarixi-etnoqrafik bölgəsi
vərninin vətəni olması ilə diqqəti cəlb edir.
Vərninin üzərindəki “S” formalı naxış ele-
mentləri, quş təsvirləri tunc dövrü abidələrinin
naxış elementləri ilə səsləşir. Bu tip naxış
elementləri ilk tunc dövrü metal və keramika
məmulatları üzərində də izlənməkdədir. Bütün
bunlar göstərir ki, xalqımızın 5-6 min il bundan
əvvəlki bədii düşüncə tərzi, mifik təfəkkürü, ətraf
aləmə münasibəti ilmələrin dili ilə nəsillərdən-
nəsillərə ötürülərək bu günümüzədək gətirilmiş,
mənəvi varislərinə çatdırılmışdır. Dünyanın
müxtəlif muzeylərində saxlanan vərnilərlə, Qara-
bağın xalq sənətkarlığının bariz nümunəsi kimi,
fəxr etməyə haqqımız vardır [5, 88]. Qarabağda
vərni xalçalarının əsas istehsal mərkəzləri Bərdə,
Füzuli rayonunun Aşağı Seyidəhmədli və yuxa-
rı Seyidəhmədli kəndləri, Ağcabədi rayonunun
Lənbəran kəndi, Ağdam və Cəbrayıl olmuşdur.
Vərni həmişə digər xalça məmulatlarına nisbətən
baha qiymətləndirilmişdir. Maldar elatlar yayla-
ğa köçərkən müxtəlif ev müxəlləfatını məfrəşlərə
yığıb atlara, dəvələrə yükləyər, üzərini müxtəlif
örtüklə örtərdilər. Əgər bu örtük vərnidən olardısa,
həmin köçün sahibi varlı adam hesab olunardı.
Vərni, dolama texnikası ilə toxunan xalçalar sı-
rasında dururdu. O, ikitərəfli toxunaraq, sonradan
birləşdirilirdi. Çox güman ki, elə bu səbəbdən də
Qarabağda, xüsusilə Lənbəran kəndində vərniyə
“həmyan” da deyilmişdir.
Neçə-neçə minilliklərə, uzun-uzun əsrlərə
bələdçilik edən Qarabağ xalçaları bu gün dünya
mədəni irs siyahısına daxil olan Azərbaycan xal-
çalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz
tərkib hissəsidir. Bu sənəti yaradanlar isə Qaraba-
ğın əzəli və əbədi sakinləri azərbaycanlılardır.
Məfrəş hissəsi. Yun. Xovsuz. XIX əsrin sonları.
Qarabağ qrupu. Bərdə. Azərbaycan.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...204