48
AZƏRBAYCAN XALÇALARINDA
“oVÇuLuQ”
m ö v z u s u
G.N.Hüseynova
Biznesinfo.az saytının redaktoru
Azərbaycan xalq tətbiqi sənətinin qədim növlərindən biri olan
xalçaçılıq sənəti adət-ənənələri, inancları və sirləri qoruyub sax-
layaraq nəsildən-nəslə ötürən canlı, həmişəyaşar nümunələrdir.
Stilizə olunmuş naxış dili, özünəməxsus rəng həlli, bədii tamlığı
ilə göz oxşayan xalçalarımız indi də pərəstişkarlarını valeh edir,
təəccübləndirir.
Qafqazın əsas xalça istehsalı mərkəzlərinin cəmləşdiyi
Azərbaycan bu sahədə digər dövlətlərə də təsir göstərmişdir. Ona
görə də azərbaycanlılara dünyada ən gözəl toxucular, xalçaya isə
mədəniyyətlərarası dialoqun canlı nümunəsi desək, yanılmarıq.
Ovçuluq ayinlərinin simvolikasını əks etdirən, ov səhnələri
ilə zəngin olan xovlu və xovsuz xalçalar, xalça məmulatları
Azərbaycan dekorativ sənətində müxtəlif üslub istiqamətlərindən
keçərək, özünün ənənəvi xüsusiyyətlərini günümüzə qədər qoru-
yub saxlamış ən davamlı mövzulardan biridir.
Lətif Kərimovun “Əsrlərin nəğməsi” xalçası XX əsrdə to-
xunmuş, Azərbaycan xalçasının əbədi mövzusuna – ovçuluq
süjetinə həsr olunub, Azərbaycanın flora və faunasını, ovçuluq
ənənələrinin təkamülünü, insanların onlara münasibətini əks et-
dirir. Xalçanın üzərində 60-dan artıq heyvanat aləminin təsviri
toxunmuşdur. Həyat ağacı ətrafında gördüyümüz qadın və kişi –
Adəm və Həvvanın obrazıdır, sonrakı müxtəlif insan fiqurların-
Açar sözlər:
Təbriz xalçası, Bakı, Şirvan, Xalça Muzeyi,
Lətif Kərimov, Təbriz Miniatür məktəbi, “Şəddə”,
“Ovçuluq” xalçası, “Heyvanat” xalçası, süjetli xalçalar
Xalça. "Əsrlərin nəğməsi". 1981-ci il.
Lətif Kərimovun eskizi əsasında toxunub.
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...204