50
da isə fəsillərə uyğun tərzdə, artıq yeni geyim üslublarına keçidi
görürük. Xalçada ovçunun silahı da təkmilləşərək dəyişir. Xalça
tamaşaçıya inanclarımız, heyvanların və quşların rəmzi mənaları
barədə danışır, onları təbiəti sevməyə, canlı aləmi qorumağa, soy-
kökümüzə sadiq olmağa səsləyir. Müəllif burada istər rəng həlli,
istərsə də istifadə olunan naxışlarla, mərkəzi sahədə, haşiyədə
istifadə olunan ornamentlərlə yüksək bədii ifadəliliyə nail olmuş,
müasirliklə keçmişin sintezini məharətlə yaratmışdır.
İndi isə erkən dövrlərdə yaradılmış xalçalarda “ovçuluq” möv-
zusunun inkişafını nəzərdən keçirək. Ovçuluq ənənələri ilə bağlı
ilk əsərlərə biz Qobustan qayaüstü təsvirlərində, saxsı qablarda,
divar rəsmlərində, memarlıq elementlərində — bir sözlə, qədim
tarixi, mədəni və memarlıq abidələrində rast gəlirik. Onların
bütövlükdə bitkin obraz şəklində, müəyyən üsluba söykənərək
vəhdətdə təsvirini isə yalnız xalçalarda müşahidə etmək müm-
kündür.
Tanınmış sənətşünas S. İ. Rudenko Orta Asiya incəsənətində
qədim zamanlarda vahid, heraldik müqayisədə, bir sıra ov
səhnələrində heyvan fiqurlarının təsvirinin əsas yer tutduğunu
qeyd edirdi.
Zaman keçdikcə əkinçiliyin rolu artdı, əkinçilik ayinləri ya-
randı, feodalizm bərqərar oldu. Ədəbi və tarixi məxəzlərə görə
bu dövrə aid xalçalarda ov səhnələri, heyvanların qovulması və
heyvan döyüşləri ilə yanaşı, əkinçilik ayinlərini əks etdirən bit-
ki motivləri də geniş inkişaf etməyə başladı. Artıq xalça sənəti
hökmranlıq edən sülalənin ideologiyasına tabe olur.
Lətif Kərimovun “Azərbaycan xalçası” kitabında oxuyuruq: “...
Elxanilər hakimiyyəti dövründə uyğur mədəniyyəti Azərbaycanın
təsviri və dekorativ sənətinə ciddi təsir göstərmişdir. Bu təsir,
başlıca olaraq, ornamental sənətdə özünü göstərmişdir. Lakin bu
yenilik Azərbaycan dekorativ sənətinin müstəqil və orijinal qal-
masına mane olmamışdır. Bundan başqa, uyğur mədəniyyətinin
elementləri yerli üslubla assimilyasiya oldu və nəticədə “Ov-
çuluq” (ov, kollektiv ov), “Bulud”, “Əjdaha ilə simurq quşu-
nun mübarizəsi” kompozisiyaları yarandı. Türküstan boyakar-
lığına aid “Xətai” kompozisiyası bizim incəsənətdə Səlcuqlar
sülaləsinin hakimiyyəti dövründə yaranmışdır, bu dövrdə daha da
təkmilləşdirilərək xalçaçılıqda tətbiq olunmağa başlamış,
kitab qrafikasına və hətta memarlıq bəzəklərinə
daxil olmuşdu. Miniatür sənəti ilə yanaşı,
eyni vaxtda dekorativ və tətbiqi sənət
əsərlərində naxışın əsasını təşkil
edən ornament sənəti də inkişaf edir.
Yeni tipli, klassik naxışlı “Xətai”
kompozisiyalı xalçaların hamısının
orta sahəsində, həmçinin son dövrə aid
“Xətai” kompozisiyalarının böyük qol-
ları arasında biz ovçuluq səhnəsini xatırla-
dan ev və vəhşi heyvanların təsvirlərini tapırıq. Stilizə
olunmuş formalarda mifik heyvanların – əjdaha ilə si-
murq quşunun döyüşü təsvir edilir.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...204