56
bənzərdirlər ki, onların eyni toxucular nəsli
tərəfindən toxunduğunu deyə bilərik. Süjetin açı-
lışı istiqamətində fərq tərs üzdən nüsxələməyə
xasdır. Yeganə fərq – Venesiya xalçasının kvadrat
ölçüyə yaxınlığıdır (144x163), ona görə də bura-
da bəzək elementləri bir qədər üfüqi istiqamətdə
uzanmış haldadır.
Erkən Şirvan xalçalarına xas olan hekayə xarak-
terli bu səhnə statikdir və əgər usta nəbati naxışlı
enli dörd haşiyəli bordürdən istifadə etməsəydi,
ifadəli alınmazdı. Xalçanın dekorativ vəhdətinə
də bu üsul və süjetin zənginliyi ilə nail olunur.
Süjetli ovçuluq xalçalarının təkamülünə nümunə
kimi 1900-cü ildə toxunmuş xovlu Şirvan xalça-
sını göstərmək olar. Burada əllidən artıq motiv
təsvir edilmişdir, ümumi kompozisiyanın yalnız
bir hissəsi “Şəddə” xovsuz xalçalarının kompozi-
siyası ilə çox oxşardır.
Öz aralarında semantik olaraq bağlı olmayan
onlarla təsviri motiv beş üfüqi sıra ilə orta sahədə
yerləşmişdir; quş, pişik, samovara qədər ayrı-ayrı
fiqurlar diqqəti cəlb edir. Müstəqil süjetli səhnələr
də verilmişdir: əllərində şahin quşu tutmuş ovçu-
lar, əllərində quş tutmuş qadın və kişi fiqurları.
Xalçanın xovsuz xalçaçılıq ustalarının bədii üsul-
larının kor-koranə köçürülməməsi mühümdür.
Hər sıranın dəqiq kompozisiya bitkinliyi kənar
motivlərin güzgü simmetriyası hesabına onları
“Şəddə” xovsuz xalçalarına xas sonsuz üfüqi zo-
laqlardan çıxarır. Bütün motivlər aydın şəkildə
üç əsas qrupa ayrılmışdır: mərkəzi və iki yan.
Mərkəzi qrup bütün zolaqlarda xalçanın mərkəzi
oxu ilə, yan motivlər isə uzununa ilə üst-üstə dü-
şür.
Süjetli ovçuluq xətləri üç kompozisiya sırası-
nın əsasını təşkil edir: yuxarı, mərkəzi və aşağı.
Atlı ovçuların iri fiqurları güzgü simmetriyası ilə
üzü mərkəzə doğru yerləşiblər və pozalarına görə
xovsuz xalçalardan dəqiqliklə köçürülmüşlər.
At üstə dayanmış bu fiqurlar: bir əli kəmərində,
digəri ya aşağı salınmış, ya da ov quşunu tutur.
Mərkəzi qrup müxtəlif xüsusiyyətli quş, dəvə ilə
çarvadarları, insan fiqurları ilə təmsil olunub.
Orta sahə ayrı-ayrı quş, insan fiqurları, nəbati
naxışlar, xovsuz xalçalardan götürülmüş
qarmağabənzər elementlərlə sıx doldurulmuş-
dur. Bütün bunlar güzgü və əks simmetriya ilə
verilmişdir. Təsvirin səthiliyinə və bir qədər
sxematizminə baxmayaraq, bütün detallar canlı,
böyük ekspressiya ilə verilmişdir. Kompozisiya
dinamizmlə zəngindir: qanadlanan quşlar, sanki,
tamaşaçıların görüşünə gələn sevinc içində olan
insanlar, təntənə ilə at oynadan atlılar. Lakin bütün
bu dəqiq və incəliklərinə qədər işlənmiş səhnələr
ayrılmır, ümumi, vahid təfsir və tənasüblə, ümu-
mi kompozisiyaya birləşmiş pozalarla, fiqurlarla
vəhdət təşkil edərək, parlaq ifadəliliyi olan deko-
rativ bəzəyin üslub vəhdəti ilə fərqlənir.
Xovlu xalça ustalarının ov səhnələrini təsvir
edərkən “Şəddə” ənənələrinə müraciət etməsi
müstəqil mövzu olan ov süjetlərinin zamanla özü-
nü tam tükətdiyini büruzə verir. Ov səhnələri bu və
ya digər dərəcədə bəzəyin hissəsinə, ümumi kom-
pozisiya quruluşunun motivlərinə çevrilir, sonra
isə tamamilə yox olur. 1928-ci ildə toxunmuş Şir-
van xalçasında orta sahəni bütünlüklə içərisində
xoruzlar olan göllər tutmuşdur. Azərbaycan
Dövlət İncəsənət Muzeyində saxlanılan xalçada
üç üfüqi sıra ilə soldan sağa doğru xoruz, dəvə
və it fiqurları verilmişdir. Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində isə ana-
loji kompozisiyalı xalçada süjet dəyişir: burada
at çapan ovçu deyil, sevgilisinin yanına tələsən
aşiqdir.
Bu təzahürdə iki tərəf diqqəti cəlb edir. Bi-
rincisi, ovçuluq süjetlərinin tədricən xalçaçı-
lıqdan çıxarılması incəsənətin bu növünün xal-
qın real maraqları, dünyagörüşü ilə sıx bağlı
olmasını göstərir. İkincisi, XX yüzillikdə ov-
çuluq motivlərinin itməsi ictimai ideologiyada
kəskin irəliləyişlə bağlıdır. Tətbiqi sənət ustaları
gerçəkliyə daha diqqətlə baxır, imkan daxilində
xalçaçılığın ənənəvi elementlərini xalq həyatına
xas cizgilərlə yaxınlaşdırmağa çalışırlar.
Xovlu və xovsuz xalçalarımız, xalça məmu-
latlarımız istər toxuma texnikası, kompozisiya-
ları, rəng və süjetləri, istərsə də üslubları ilə bir-
birindən fərqlənsə də, onları birləşdirən ümumi
bir cəhət var – o da Azərbaycanda toxunaraq,
onun təbiətinin məhsulu və mədəniyyətinin gene-
tik daşıyıcısı olmasıdır.
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...204