118
və rənglərindəki ehtişamı, “arxaik əzəməti” mü-
asir dövrün insanını heyrətləndirə bilsə də, XIII
əsrin venediktli tacirinə çox təsir edə bilməzdi.
Bu halda həmin dövrdə Anadoluda Konya xal-
çaları, hətta eyni dövrdəki İran xalçalarından
daha incə və daha gözəl xalçalar olmalı idi. Bu
xalçalar Səlcuq sarayı üçün yaradılmışdı. Kon-
ya xalçaları isə gündəlik tələbatı ödəyirdi. Sa-
ray üçün işlənmiş bu incə Səlcuq xalçalarından
heç biri indiyədək tapılmamışdır”. Rayfstah-
lın bu iddiasında çox inandırıcı məqamlar var-
dır. Konya xalçalarında bu gün bizə təsir edən
xüsusiyyətlər, ölçülərinin böyüklüyü, rənglərin
tündlüyü və ağırlığı, beləliklə, primitivizmə
xas olan o canlılıq XIII əsrdə o qədər də böyük
dəyər kəsb etməyən keyfiyyətlər idi. İranda
daha zərif xalılar görmüş hər hansı bir səyyah
“Konya xalıları”nı primitivliyə xas olan o canlı-
lıq səbəbindən daha üstün saya bilməzdi. Amma
maraqlıdır, Marko Polo İrandan keçərkən daha
zərif xalçalar görmüşdümü? Bu gün əlimizdə
olan ən qədim orijinal İran xalçaları XVI əsrin
əvvəllərindən, yaxud XV əsrin sonlarından
qalmadır. İran miniatürlərində təsvir edilən ən
qədim xalça təsvirlərinə isə XIV əsrin sonuna
aid olan rəsmlərdə rast gəlinir. Miniatürdəki bu
rəsmlər, həqiqətən də, Konya xalılarından daha
incə, zərif və zəngindirlər. Marko Polo XIII əsrin
60-70-ci illəri aralığında, yəni bu tarixdən yüz
il əvvəl ordan keçmişdi. Səyyahın ordan keçdi-
yi vaxt İran xalçaçılığının hansı vəziyyətdə ol-
duğunu bilmirik. Bizə görə, Rayfstahlın etdiyi
kimi, yüz il sonrakı nümunələrə əsasən hökm
vermək və bunları Konya xalçaları ilə müqayisə
etmək bir az ifrat cəsarət olardı. Ən doğru olanı
yenə də Marko Polonun hökmlərinə inanmaq-
dır. Konya xalçaları, doğrudan da, XIII əsrin
ən yaxşı xalçaları idi. Və şəksiz, sultanların sa-
raylarına döşənən xalılar da elə bu xalçalar idi.
Marko Polonun bu iddiasını təsdiqləyən daha
bir fakt Əbül-Fədanın 1274-cü ildə ölmüş İbn
Səidə istinadən verdiyi bu məlumatdır: “Bütün
ölkələrə ixrac edilən Türkoman xalıları orada to-
xunurdu”. Müəllif bunu deyir və emal mərkəzi
olaraq Aksarayın adını çəkir. XIV əsrin başlan-
ğıcında Anadoluya səyahət edən İbn Batuta
Misirə, Suriyaya, Hindistana, Çinə, İranı nəzərdə
tutaraq dediyi Türklər məmləkətinə ixrac edilən
Aksaray xalçalarını vəsf edirdi. 1555-ci ildə isə
fransız Pyer Belon belə yazırdı: "Tous les tapis
coupes qu’on apporte de Turquie sont seule-
ment faits depuis la ville de Cogne en Cilicie,
jisques à Carachara, ville de Paphlagonie. Nous
avons dit que le fins chamelots sout faits de poils
de chèvres â Angouri, qui est la première ville en
Cappodoce: et les tapis sont aussi faits de polis
de chèvres".
Son onillikdə, İbn Səid və İbn Batutanın Ana-
dolu xalçalarının ixracatı haqqında sözlərini yox-
lamaq üçün yeni bir imkan qazanmışıq. Köhnə
Qahirədə (Fustatda) bəzi xalça nümunələri tapıl-
mışdır. Bunların böyük bir hissəsi XIII, XIV, XV
əsrlərdə Misirə idxal edilmiş xalçalardır. Hamısı
da Anadoludan gətirilmiş xalçalardır. Təəssüf
ki, indiyə qədər bu xalçalardan yalnız bir qismi
nümayiş etdirilmişdir. Nümayiş etdirilənlərin
sayı isə 29-dur. Onlar bu gün İsveç muzeylərində
və xüsusi kolleksiyalarda saxlanılanlardır
3
.
Digər nümunələrin
çoxu
bunların
Şəkil 8
Şəkil 9
Şəkil 10
1...,110,111,112,113,114,115,116,117,118,119 121,122,123,124,125,126,127,128,129,130,...148