117
aid olub-olmadığı bir başqa məsələdir. “Saray
sənayesi” birləşməsi xalçaşünaslıq elmində bir
qədər ehtimali istifadə olunmaqdadır.
Emalatxana nə vaxt saraya aid edilə bilər?Ara-
bir saraydan sifariş aldıqda? Yoxsa müntəzəm
olaraq sarayın əmri ilə işlədikdə? Burada hər
iki halda söhbət saraya əmtəə verməkdən ge-
dir. Emalatxana saraydan maliyyə yardımı
alırsa, vəziyyət başqa cür olur. Biz Konyada-
kı atelyelərin saraydan maliyyə yardımı alıb-
almadığını bilmirik. Belə bir emalatxananın
yeri gələndə saraya gəlir vermək məqsədi ilə
başqa alıcı və sifarişçilər üçün də işlədiyini
güman etmək olar. Fransız səyyahlarının
səyahətnamələrindən çıxış etsək, deyə bilərik
ki, məsələn, Birinci Şah Abbas dövründə İsfa-
handa belə emalatxanalar vardı. Və İsfahan-
dakı bu emalatxanalar indinin özünə qədər
saray daxilində fəaliyyət göstərən emalatxana-
ların yeganə nümunəsini təşkil edirdilər. Həqiqi
mənada “saray emalatxanası” yalnız saray üçün
işləyirdi. 1583-cü ildə Üçüncü Murad tərəfindən
Qahirədən Darüssadəyə çağırılan 11 xalı ustası,
bəlkə də, belə bir “saray emalatxanası”nı yarat-
maq üçün gəlmişdilər. Sənətşünaslıq tarixi bu
sualların cavabını yalnız tarix elminin yardımı
ilə, onunla bərabər işləməklə tapa bilər.
Konyadakı Əlaəddin camesinin xalçaları-
nın belə bir “saray
emalatxanası”na şamil
edilməsi ehtimalı yox-
dur. Amma bu xalçala-
rın paytaxtda fəaliyyət
göstərən və saraydan
çoxlu sifarişlər alan,
bu səbəbdən də bö-
yük iş həcminə malik
olan bir emalatxana-
nın məhsulu olması
da şübhəsizdir. Bu
fakt, əvvəla, onla-
rın çox güman ki,
Konyada
ərsəyə
gəldiklərini, ikincisi
də Əlaəddin camesinə
sultan, yaxud vəzir
tərəfindən bağışlan-
masından asılı ol-
mayaraq, XIII Səlcuq
xalçaçılıq
sənətini
ən gözəl təmsil edən
nümunələr olduqla-
rını göstərir. Hələ ilk dəfə aşkar edildikləri za-
man bu “Konya xalçaları” ilə Marko Polonun
məşhur səyahətnaməsi arasında əlaqə axtaran-
lar olmuşdur. Marko Polo bu səyahətnaməsində
ən yaxşı, ən gözəl xalıların Türkomanyada, yəni
Anadoluda hazırlandığını yazır və bunların da
Konya, Sivas və Kayseri kimi şəhərlərin ema-
latxanalarında toxunduğunu yazırdı. 1 Marko
Polo Anadoluda 1271-72-ci illərdə olub. İrandan
gələn səyyahın yolu Sivas və Kayseridən keçir-
di. Konyaya gedib-getmədiyi bilinmir. Amma
Sivas və Kayseridə gördüyü xalçalar Konyada
rast gəldiyi nümunələrdən fərqli olmamalıydı.
Rudolf Meyer Rayfstahl 1931-ci ildə belə yazır-
dı: 2 “İranda olmuş və oradakı xalçaları görmüş
Marko Polo kimi bir səyyahın Konya xalçalarını
dünyanın ən yaxşı, ən gözəl xalçaları kimi vəsf
etməsimümkündeyildir. Buxalçalarınornament
Şəkil 6
Şəkil 6a
Şəkil 7
1...,109,110,111,112,113,114,115,116,117,118 120,121,122,123,124,125,126,127,128,129,...148