126
mümkündür. Hər halda, “Holbein xalçaları” adı
altında saxlanılan dörd tipin hamısı Qərbi Ana-
doluda ərsəyə gəlmişdir.
Üçüncü kateqoriyaya aid edilən Uşak xal-
çaları fərqli sxemləri ilə seçilirlər. Burada eyni
şəkilli fiqurların sıralanması əvəzinə, fərqli fi-
qurların ritmik dəyişikliyi nəzərə çarpır. Bu xal-
çaların əsas motivi medalyondur. Medalyon-
lar Şərq xalçalarında ilk dəfə XV əsrin ikinci
yarısında meydana gəlmişdir. Bunların ən
qədim nümunələrinə o dövrün İran miniatür
təsvirlərində rast gəlmək olar. XVI əsr İran xal-
çalarında medalyon təsviri böyük rol oynayır.
Onun ən bariz nümunəsi mərkəzdə bir böyük
və tam medalyon, hər küncdə isə medalyonun
dörddəbirindən ibarət olan xalçalar təşkil edir
(şəkil 28b). Bu sxem bəzi əlyazmaların təzhiblə
(qızıl suyuna çəkmə;
bəzəmə)
bəzədilmiş
səhifələrində
cildləri üzərində də
rast gəlinir. Çox gü-
man ki, xalçalara da
ordan keçmişdir. Türk
xalçaçılığı da bu yeni
şəkli İrandan əxz etmiş,
amma ilk dövrlərdə
ondan tamamilə başqa
tərzdə istifadə etmiş-
dir. İran xalçalarında
ortadakı medalyonla
künclərdəki çərək me-
dalyonların əmələ gətirdiyi kompozisiya yerli-
yin sahəsi ilə məhdudlaşır və kənarlara çıxmır.
Uşak xalçalarında isə medalyonlar yerliyin
üzərində sərbəst bir şəkildə ətrafa şaxələnir,
hətta yerliyin özümedalyonların düzülməsində,
sadəcə, bir hissə şəklində görünür.
Uşak xalçaları növlərinə görə iki yerə bölünür:
Medalyonlu Uşak xalçaları və Ulduzlu Uşak
xalçaları.
Medalyonlu Uşak xalçalarında (şəkil 29) üfüqi
sıralarda şəkillər dəyişir. Bir sıra boyunca tünd-
qırmızı və dairəvi medalyonlar, bir sıra bo-
yunca konturları tırtıllı olan mavi medalyonlar
görünür. Bundan sonra yenə bir sıra boyu tünd-
qırmızı, dairəvi medalyon, bir sıra boyu da tırtıllı
konturlu mavi medalyonlar bir-birini əvəzləyir.
Şəkli göstərilən xalçada beş belə sıra görünür.
Bunlardan üçü tünd-qırmızı və dairəvi, iki sırası
isə mavi tırtıllı medalyonlardan ibarətdir. Orta-
dakı medalyon istisna olmaqla bunların hamısı
haşiyə tərəfindən yarıdan kəsilmişdir.
Medalyonlu Uşak xalçalarında mərkəzi
göstərən işarə olaraq ortada kəsilməmiş yal-
nız bir medalyon təsvir edildiyi halda, Ulduz-
lu Uşak xalçalarında (şəkil 30) medalyonların
müntəzəm sıralanması cəhəti özünü daha qa-
barıq göstərir. Eyni sıra daxilində ulduzlu me-
dalyonlarla rombşəkilli medalyonlar bir-birini
Şəkil 28a
Şəkil 28b
Şəkil 29
1...,118,119,120,121,122,123,124,125,126,127 129,130,131,132,133,134,135,136,137,138,...148