128
bu quşu müqəddəs saya-
raq ona sitayiş etdiklərini
göstərmişlər. Çin mənbələrinin
verdiyi məlumatlara görə, VII
yüzillikdə Mərkəzi Asiyada
yaşayan türklərin öz damağa-
larında da bu quşun təsviri
olmuşdur.
Böyük Azərbaycan şa-
iri Nizami Gəncəvi öz
“İsgəndərnamə” poe-
masında tovuzquşu-
nun türklər arasında
müqəddəs sayıldığı-
nı və xalq sənətində
başlıca bəzək ol-
duğunu qeyd edir.
Nizami bu əsərində
Bərdə şahzadəsi
Nüşabənin sarayı-
nı təsvir edərkən
deyir: “Bəzənmişdir
parça, tikmələr
türklərin tovuzquşu
təsvirləri ilə”.
Xalça sənəti
nümunələri üzərində çox
geniş yayılmış təsvirlərdən
biri də əjdaha olmuşdur.
Xalçada həm real, həm
mücərrəd şəkildə toxunan
qarmağabənzər belə təsvirlər
daha geniş yayılmışdır. Keç-
miş dövrün türk, türkmən,
Azərbaycan xalılarında əjdaha
başlıca bəzəklərdən sayılıbdır.
Dünya xalqlarının ibtidai or-
nament sənəti ilə məşğul olan
rus alimi Bobrinski hələ 1898-
ci ildə Qarabağda qazıntı işləri
aparan alman dili müəllimi
E. Reslərə məktub göndərib,
Qarabağ xalçalarında tez-tez
rast gəlinən qarmağabənzər
naxışın mənşəyini öyrənməyi
ondan xahiş edərək yazmışdır:
“...Mən əminəm ki, hazırda
rəmzi mahiyyətli bu bəzək
uzaq keçmişdə real varlığı
təmsil etmişdir. Ona görə də
biz onun əcdadlarını can-
lı təbiətdə axtarmalıyıq...”
Qarmağabənzər bu mücərrəd
rəsm elementi Qarabağ və
Qazax xalçaçılığında xüsusilə
geniş yayılmışdır. Bu regionun
xalçaçıları onu “əjdaha” ad-
landırırlar. Qarabağın “Vərni”
adlı xovsuz xalılarında sayı
24-ə çatan böyük həcmli
bu tip mücərrəd təsvirli
əjdahalara da rast gəlinir.
“Vərni”lərdə əjdahalar
adətən xalı boyu sim-
metriya əsasında
yerləşdirilibdir.
Onlar uzun quyruq
və qoşabuynuzlu
təsvir olunubdu.
Adətən əjdaha
təsvirinin daxili
hissəsində, elə bil
ki, su üzərində
süzən quşlar toxu-
nubdu. Qocaman
toxucuların verdiyi
məlumatlara görə,
bunlar əjdahanı suyun
qoruyucusu kimi təmsil
edirlər. Əcaib ilanabənzər
bu heyvan Azərbaycan xalq
nağılları və dastanlarında da
suda yaşayıb, suyun qoruyu-
cusu kimi təsvir edilir.
Azərbaycanda stilizə edil-
miş əjdaha təsvirlərindən
təşkil edilən paxlava kompo-
zisiyası sxemində də xalçalar
toxunubdu. Xalq arasında
“Xətayi” adını almış bu tip
kompozisiyalı xalılar çox geniş
yayılaraq dünya muzeylərinin
bəzəyinə çevrilmişdir. Onun
ən gözəl nümunələri hazırda
İstanbulun xalı muzeyində,
Nyu-Yorkun Metropoliten,
Əjdaha ilə Simurq quşunun
mübarizəsini təsvir edən XVI yuzilliyə
aid Təbriz xalısının fraqmenti
1...,120,121,122,123,124,125,126,127,128,129 131,132,133,134,135,136,137,138,139,140,...147