39
mayıb. Elə ərsəyə gətirilən yeni xalçanın
ona özünəməxsusluq bəxş edən müsbət
məziyyəti də bu daş-qaşların kompozi-
siyaya məntiqli şəkildə daxil edilməsi,
onların hər birinin yerləşdirildiyi yerdə
mövcud olan təsvirin və yaxud elemen-
tin təsirliliyinə bütün mənalarda duyulası
təsir göstərməsidir.
Bu xalçanın çox fərqli bədii-texniki
əhəmiyyətini dəyərləndirmək üçün bir
qədər tarixi keçmişə qayıtmağa məcburuq.
Biz yuxarıda “Kəhkəşan”ın dünya xal-
çaçılığında ikinci olduğunu qeyd etmiş-
dik. Bu, doğrudan da, belədir. Təəssüf
ki, VII əsrdə yaradılmış birinci toxuculuq
nümunəsi bu günümüzə gəlib çatmayıb.
Onun barəsində ancaq tarixi mənbələrdə
məlumata rast gəlmək mümkündür.
Həmin informasiyaya əsaslansaq, demək
lazımdır ki, həmin xalı Sasani hökmdarı
Xosrov Pərvizin (II Xosrov) vaxtında to-
xunubmuş. “Xosrovun baharı” adlanan
bu qədim xalçanı Sasanilərin sarayından
ərəblər qənimət kimi aparmaq istəyiblər.
Lakin xəlifə Ömərin sərkərdələri arasın-
da bu qənimət üstündə ixtilaf düşüb və
nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən
yeganə çıxış yolu kimi misli-bərabəri ol-
mayan sənət əsərini kəsib öz aralarında
bölüşmək qərarına gəliblər.
Bununla da dünyada bənzəri olmayan
bir sənət nümunəsini məhv ediblər.
İpək və qızıl saplardan toxunulmuş
bu xalının üzərindəki təsvir və naxışlar
qiymətli daş-qaşlarla nəqş olunubmuş. Bu
ecazkar sənət nümunəsi ilə daha çox tex-
niki baxımdan səsləşən onun Azərbaycan
variantının – “xələf”inin toxunuşunda rast
gəlinən çətinliklərə rəğmən demək olar ki,
“sələf”in özünün də zamanında yaşayıb-
yaratmış xalçaçıların yüksək sənətkarlığı
nəticəsində ərsəyə gətirildiyini söyləmək
olar.
Sasani hökmdarının ömür yolu vəfa­
tından sonra tərtib edilmiş “Pərviz­na­
mə”də öz əksini tapmışdır. Burada ro-
mantik ruhda təqdim olunan şöhrətli
hökmdarla bağlı çoxsaylı əfsanələr toplan-
mışdır. Ərəb tarixçiləri Sasani dövründə
Xosrov Pərviz üçün yaradılan əfsanəvi
1...,31,32,33,34,35,36,37,38,39,40 42,43,44,45,46,47,48,49,50,51,...147