44
Sonda deyək ki, müəllif bu bənzərsiz xalça-
çılıq nümunəsini bu il anadan olmasının 90 ili
tamam olan Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin xatirəsinə həsr etmişdir.
Eldar Mikayılzadə bunun səbəbsiz olmadığını
dilə gətirməklə, ulu öndərin Azərbaycan xalqı-
nın milli mədəniyyətinə, onun yaradıcıları olan
sənət xadimlərinə, o cümlədən onun özünün
yaradıcılığına da diqqət və qayğı göstərdiyini
bildirmişdir.
Xalçaçı-rəssam “Kəhkəşan”la eyni vaxtda
daha bir xalçasını başlamış və tamamlamış-
dır. Bu, dahi fırça ustası, Azərbaycan təbiətinin
bənzərsiz tərənnümçüsü Səttar Bəhlulzadəyə
həsr olunmuş “Səttarın arzusu” əsəridir.
Öncədən deyək ki, bu, müəllifin el arasın-
da “Sənətin Məcnunu” kimi tanınan rəssama
həsr etdiyi ilk xalça deyil. Onun “Səttar dün-
yası” (1979) və “Səttar” (1999) əsərlərində
rəssamın özünəməxsus sənət dünyasına ətraflı
nəzər salınmış, bir çox süjetli xalçalarında isə
onun zahiri görkəmi ilə qəribəliyini sərgiləyən
görkəmli mənzərə ustasının obrazından istifadə
olunmuşdur. Odur ki, Eldar Mikayılzadənin
bu mövzuya yenidən qayıdışını müxtəlif cür
mənalandırmaq olar. Ancaq müəllifin əsərə
verdiyi ada rəğmən demək olar ki, əslində o,
özünə həmişə mənəvi ulduz saydığı sənətkarın
bəlkə də bütün ömrü boyu ürəyində gəzdirdiyi
yaradıcı arzusunu gerçəkləşdirib. Bəlkə də
ömür vəfa etsəydi, Səttar bu cür əhatəli bir tablo
yaradacaqdı. Amma şəxsi həyatını Azərbaycan
incəsənətinin çiçəklənməsinə qur­ban verən
rəssamınbunavaxtı çatmadı.Onagörədəxələfin
sələfin şəxsiyyətinə bu münasibətinin “Səttarın
arzusu” adlandırılması tamamilə məntiqlidir.
Böyük mənzərə ustasının bu “arzu”sunda
onun 34 illik yaradıcılıq yoluna nəzər salınıb,
onun çox cəlbedici və təsirli nəticəsi-görüntüsü
yaradılıb. Başqa sözlə desək, xalçanın kompo-
zisiyasında rəssamın 36 rəngkarlıq əsərindən
istifadə olunmuşdur. Səttarın yaradıcılığına az-
çox bələd olan hər kəs burada “Mənim anam”,
“Cıdır düzü”, “Kəpəzin göz yaşları”, “Torpa-
ğın arzusu”, “Bazardüzü”, “Azərbaycan nağı-
lı”, “Tut ağacları”, “Batabat”, “Gülüstan”, “Co-
rat yemişləri” və s. əsərlərinin onlara tanış olan
elementlərini görə bilərlər.
Əslində çoxsaylı əsərlərdən ayrıca “məcmu”,
“qurama” və yaxud “kollaj” yaratmaq elə bir
çətin proses deyil. Ancaq Eldar Mikayılzadənin
təqdimatında otuz altı əsərin bir araya
gətirilməsi onların heç biri deyil. Yəqin ki, onun
heç özü də belə nəticə almaq istəməzdi. Bundan
çıxış etsək, onda qətiyyətlə xalçaçı-rəssamın
məlum görüntülərdən yalnız yeni bir əsər ya-
ratmaq niyyətində olduğunu vurğulamalıyıq.
Elə düşünürük ki, o, əsərində buna nail olmaq-
la həm özünün yaradıcı potensialına, həm də
dahi sələfinin adına və sənətinə layiq xalça ya-
rada bilmişdir. Bu, doğrudan da, özündə Səttar
ruhunu yaşadan bir əsərdir. Buna yetişməyin
çətinliyi də az deyil. Ancaq biz onun təkcə birini
vurğulamaqla xalçaçı-rəssamın sənətkarlığına
əyanilik gətirəcəyik.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...147