41
Eldar Mikayılzadə uzun müddət sənətkarlar
üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının
mövcudluğundan xəbərdar idi. Əgər bu infor-
masiyanın tələbəlik illərində onda heç bir təsir
qoymadığını söyləsək, yəqin ki, səmimilikdən
uzaq olarıq. Bununla belə, xalçaçılıq kimi çətin
bir sahənin bədii-texniki imkanlarına yeni-ye-
ni bələd olmağa başlayan gənc ilk baxışda çox
cəzbedici görünən bu məlumatı istər-istəməz
özünün üst-üstə qalanmış mavi “arzular
saxlancı”na gömdü. Və məqsədini uzun müddət
“əfsanəvi xalı” əhvalatını və digər arzuları-
nı “göyərtməyə” imkan verəcək sənətkarlığını
kamilləşdirməyə yönəltdi. Ancaq əslində onun
hələ tələbə ikən yaratdığı və Azərbaycan Xalçası
və Xalq-Tətbiqi Sənəti Dövlət muzeyinin ekspo-
zisiyasında göstərilən “Şəbi-hicran-1” əsərinin
özünün qeyri-adi bədii həllinə görə 1983-cü ildə
Bakıda Şərq xalçaları üzrə keçirilən beynəlxalq
simpozium günlərində dünya mütəxəssislərini
heyran etməsi nə vaxtsa Eldarın əlçatmaz sa-
yılan “Xosrovun baharı”na qayıdacağından
xəbər verirdi. Ancaq onun “Şəbi-hicran-1”-dən
“Kəhkəşan”a doğru uzanan “həsrəti” düz 29 il
çəkdi. Nəhayət, 2010-cu ildə Azərbaycanın çağ-
daş xalçaçılıq məkanında az qala “təklənmiş”
kimi görünən Eldar Mikayılzadə keçmişə bax-
mağa özündə bütün mənalarda güc hiss etdi.
İki il davam edən yaradıcılıq prosesi 2012-ci
ildə - hamının narahatlığına səbəb olan məşhur
“qiyamət günü” bitdi və xalçaçı-rəssam bu işin
tamamlanmasını gözləyən pərəstişkarlarını se-
vindirdi. Sevinməyə, doğrudan da, dəyərdi.
Ölçüsü 200x214 sm olan bu unikal sənət
nümunəsinin sıxlığı 55x55-dir. Onun toxun-
masında pambıq, yun, ipək və qızıl saplardan
istifadə olunmuşdur. Əsərin insan ağlını ovsun-
layan koloriti 600-ə yaxın rəng və çalarlardan
yaranıb. Kompozisiyada işlədilən qiymətli daş-
qaşların sayı 725-dir. Feonit və svarov daşının
bir-neçə çalarından (burada onun sarı, mavi, ya-
şıl, çəhrayı, qırmızı beş çalarından istifadə olun-
muşdur) bütün kompozisiya səthi boyu istifadə
edən xalçaçı-rəssam onların düzülüşünü əsərin
1...,33,34,35,36,37,38,39,40,41,42 44,45,46,47,48,49,50,51,52,53,...147