40
sənət əsərlərindən bəhs edən daha bir kitabın
da mövcud olduğunu bildirirlər. Əgər onlar-
dan biri mürəkkəb saat mexanizmli hökmdar
taxtı idisə, digəri bədii örtüyündə qiymətli daş-
qaşlardan istifadə olunan xovlu xalı olmuşdur.
Doğrudan da, gecənin tən yarısında “dörd ağ
öküz”ün taxtdan (Ermitajda (Sankt-Peterburq)
qorunan qədim gümüş nimçədə onların təsviri
vardır) çıxardığı “ay arabası” ilə xalının naxış
örtüyünə həm də gözqamaşdırıcı heyranlıq bəxş
edən zərif daş-qaşları ilmələrlə qoşalaşdırmaqla
heyrətdoğuruculuğa nail olmaq qədim ustaların
yüksək sənətkarlıqlarının ifadəsi idi. Tarixçilər
Xosrov Pərvizin taxtındakı oymaların naxışla-
rında da göy cisimləri təsvirlərinin yer aldığını
qeyd edirlər. Bununla da taxt ilə onun qarşısın-
dakı döşəməni bəzəyən “Xosrovun baharı” ara-
sında bədii bağlılıq əldə olunmuşdur.
Xalça. "Kəhkəşan".
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...147