43
məna-məzmun tutumunu zənginləşdirən bədii
elementə çevirə bilmişdir. Yeri gəlmişkən, xal-
çanın texniki baxımdan heç də asan ərsəyə
gəlmədiyini vurğulamaq istərdik. Belə ki,
xalçada işlədilən 725 qiymətli daşın iplərin
əhatəsində etibarlı oturuşu yalnız onların qı-
zıl arğac üzərində oturdulmasından və “zili”
texnikasının tətbiqindən sonra əldə olunmuş-
dur. Bu alt arğac və daşaltılara isə 1325 qram
qızıl işlədilmişdir. Əsərin bədii-estetik və bədii-
texniki məziyyətlərini vurğulamazdan öncə
onun mövzusuna toxunmaq istərdik. Dərin
hikmətə bələnmiş bu xalça özündə göy cisimləri
haqqında elmi-tarixi həqiqətləri yaşadır. Bu
mənada onun “Kəhkəşan” adlandırılması da
çox təbiidir. Elmdə həmdə “Ağ yol” (ona Şərqdə
“Saman yolu” deyirlər) kimi tanınan kəhkəşan
əslində Günəşin də daxil olduğu nəhəng ulduz
sistemidir. Onun tərkibində yüz milyarddan
çox ulduz var. Bu yerdə əlavə edək ki, əsərin
mövzusunun hamıya daha çox əlçatmaz və sir-
li-soraqlı görünən göy cisimlərinə həsr olun-
ması müəllifin xalçanın uğuruna kömək edən
məntiqli seçimidir. Belə ki, bizdən çox-çox
uzaqlarda olsalar da, öz varlığını yerə tuşla-
nan işıq seli ilə əyaniləşdirən cisimlərin həm də
səmadakı yerlərini müəyyənləşdirən bu qaş-
lar yəqin ki, hansısa başqa kompozisiyada bu
qədər təsirli olmazdılar. Onların “Kəhkəşan”ın
mavi-göy rəng selinə bəxş etdiyi nüfuzedici
canlılıq kifayət qədər duyulandır.
Kompozisiyanın dominant nöqtəsini gözəgö­
rünməz pərilərin qanadları ilə naxışların qov-
şağından əmələ gəlmiş medalyon təşkil edir.
İsti-soyuq rənglərdən “hörülmüş” bu halənin
mərkəzində toplanmış ulduz selinin nurunu
daha da gücləndirən daş-qaşların yaratdığı hey-
ranedici görüntünün irreal qəbulu danılmazdır.
Burada tünd-göy və mavi rənglərin tədricən
dəyişən çalarları ilə daş-qaşlar arasında medal-
yonun gur işıqlığını şərtləndirən uğurlu nisbət
əldə olunmuşdur. Medalyonun mərkəzini
şərtləndirən iri və onu dövrələyən nisbətən
kiçik ölçülü daş-qaşların kənarlara doğru
sənətkarlıqla tapılmış “hərəkətində” axıcılı-
ğın və dinamikanın əldə olunması xalçanın bu
hissəsininsferikliyinininandırıcılığı təəssüratını
yaratmışdır. Bu “çevrəni” əhatələyən sarı zo-
lağın üzərində doqquz “məqam”ın adı ya-
zılmışdır. Xalçanın mərkəzi ilə iri haşiyəsinə
qədər olan məsafədə kəhkəşan, yəni “saman
yolu”nun buludsuz gecələrdə heyranedici olan
görünüşünü şərtləndirən çoxsaylı təsvirlər
yerləşdirilmişdir. Onların arasında şərti-rəmzi
bədii şərhli, yəni “xalça dili” ilə təqdim olun-
muş on iki ayın və bürcün, doqquz planetin
görünüşü vardır. Buradakı dairənin – fərqli
rəng daşıyan planetlərin içərisində müəyyən
bir il qeyd olunmuş, onun rəmzi işarəsi, hansı
ölkəyə qəyyumluq etdiyi və metalın rəmzi ol-
duğu göstərilmiş, ərəbcə-latınca adı yazılmış,
hansı musiqi alətinə bağlılığı və dörd ünsürdən
hansının onun əlaməti olduğu göstərilmişdir.
Maraqlıdır ki, müəllifin görüntüyə gətirdiyi bu
“səmavi xəritə” bədiiliyi ilə yanaşı, həm də elmi
dəqiqliyi ilə diqqət çəkir.
Künclərdə dünyanın dörd məşhur astrono-
miya məktəblərinə işarə olan təsvirlər mövcud-
dur. Burada təqdim olunmuş Şərq, Qərb, Misir
və Çin məktəblərinin nümayəndələri səciyyəvi
milli geyimdə, istifadə etdikləri alətlərlə
vəhdətdədirlər.
Bütün yaradıcılığı boyu ərsəyə gətirdiyi xal-
çaların kompozisiyalarına daxil edilmiş bəzək
ünsürlərinəməna-məzmunverməyəmeylli olan
Eldar Mikayılzadə bu ənənəsinə “Kəhkəşan”da
da sadiq qalmışdır. Belə ki, o, “bala haşiyə”dən
başlayaraq düz xalçanın mərkəzinə qədər kom-
pozisiyaya daxil edilmiş bütün irili-xırdalı naxış
və təsvirləri mənalandırmağa nail olmuşdur.
“Bala haşiyə”ni – ensiz beş haşiyə qurşağı
şəklində, ancaq fərqli – tünd-göy (“ləvəri”-
dünyamızın qaranlıq vəziyyətinin ifadəsi), qır-
mızı (böyük partlayışın rəmzi), göy (dünyanı
su basmasının – “Nuhun tufanı”nın göstəricisi),
sarı, narıncı, yaşıl, ağ (fəsillərin yaranmasına
işarə) və qırmızı-yaşıl (nəbatat aləminin ya-
ranması) rəngdə təqdim etməklə, onlara yal-
nız mərkəzi əsas kompozisiyanı əhatələmək
funksiyasından artıq məna tutumunu həvalə
etməyin mümkünlüyünü sərgiləmişdir. Əlavə
edək ki, forma və tutum baxımından fərqli
olan “ana haşiyə”də isə müəllif canlılar aləmini
görüntüyə gətirmişdir. Bütünlükdə “haşiyələr
toplusu”nun sayca 6 olması da məqsədli olub,
Allah-təalanın dünyanı altı günə yaratmasına
işarədir. “Ana haşiyə”nin künclərində simmet-
rik olan – astronomların görüntülərinin dava-
mı kimi qəbul olunan naxışlarla əhatələnmiş
dörd ünsürün rəmzi təsvirini də xalçanın onsuz
da tutumlu olan “hikmət boğça”sına məntiqli
əlavə saymaq olar.
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...147