45
Məlumdur ki, Səttar Bəhlulzadənin otuz
dörd illik yaradıcılığı onun zaman-zaman
dəst-xəttinin dəyişilməsi ilə müşahidə olunub.
Odur ki, iş prosesində Eldar Mikayılzadənin
qarşısında duran ən çətin və önəmli yaradıcı
vəzifə müxtəlif vaxtlarda bir araya gətirilən və
ifadə üslubu fərqli olan bu əsərləri vahid este-
tik tutumda cəmləşdirə bilməsi idi. Elə düşü-
nürük ki, xalçaçı-rəssam bunu əldə edə bilib.
Odur ki, rəssamın 1950-1970-ci illərdə yarat-
dığı “Cıdır düzü”, “Tut ağacları”, “Torpağın
arzusu”, “Azərbaycan nağılı”, “Mənim anam”
və s. digər tablolar ayrılmaz baxılır, zahiri
görüntüsünə görə sanki eyni vaxtda yaradıl-
dığını və vahid kompozisiyanın tərkib hissəsi
olduğunu sərgiləyirlər. Eldar Mikayılzadə
buna, heç şübhəsiz, davamlı və gərgin axtarış-
ları sayəsində nail olmuşdur. Odur ki, onun
əsərdən-əsərə tapdığı keçid hissolunmaz,
inandırıcı və yaddaqalandır. Kompozisiyada
bilavasitə Səttarın əsərlərindən götürülməyən
bir detal vardır. Bu da “Batabat”dakı çəhrayı
dağın arxasından bu əsrarəngiz Azərbaycan
təbiətinə nəzər salan Səttarın gözləridir. Bizcə
təbiətlə vəhdətdə verilən bu gözlər bütün kom-
pozisiyaya daxil edilmiş detalları-təsvirləri qo-
vuşdura biləcək çox məntiqli bədii tapıntıdır...
Əlavə edəkki, incə çalarlaraməxsus rəngkarlıq
tablolarınınözünəməxsus şərti-dekorativ “xalça
dili”nə çevrilməsi asan məsələ deyil. Etiraf edək
ki, çağdaş xalçaçılığımızda bundan uzaqlaşma
kimi xoşagəlməz tendensiya hələ də mövcud-
dur və bu, qədim sənətin bədii ənənələrinə zid-
dir. Bu mənada bu vaxta qədər ərsəyə gətirdiyi
xalça nümunələrində onun “dili”ni davamlı
olaraq zənginləşdirməkdə israrlı olan Eldar
Mikayılzadə “Səttarın arzusu”nda da bu yöndə
potensialının nəhayətsiz olduğunu göstərə bil-
mişdir.
Əsərin müsbət məziyyətləri ilə tanışlığı da-
vam etdirməli olsaq, onda həm də müəllifin
xalçaçılıq sənətimizə “çərçivəli əsər” motivini
gətirdiyini dilə gətirməliyik. Belə ki, xalçada
“Səttarın arzusu” sərgi ekspozisiyasında asıl-
mış vəziyyətdə təqdim olunmuşdur. Əsərin
alt tərəfində - döşəmədə yerləşdirilmiş üzəri
fotoaparatlı oturacaq və rəssamların, daha çox,
səfərdə istifadə etdikləri etüd çantası ümumi
görüntünün təbiiliyini şərtləndirməkdə yar-
dımçı olub. Səttar Bəhlulzadənin kompozisi-
yanın sol küncündə ümumi təsvirin üzərinə
düşən və kölgə olmasına baxmayaraq tanınan
təsviri onun ruhən hadisənin iştirakçısı olma-
sına işarədirsə, sağ küncdə yerləşdirilən böyük
gül səbəti onun sənətinə sonsuz el məhəbbətinin
göstəricisidir.
Sonda qeyd edək ki, xalçanın ölçüsü 180x270
sm-dir. Onun sıxlığı 50x50-dir. Onun toxu-
nulmasında rənglərin çoxsaylı çalarlarından
istifadə olunmuşdur ki, bu da əsərin ümumi
koloritinə əlvanlıq gətirməklə böyük mənzərə
ustasının yaradıcılıq palitrasına uyğundur...
Зиядхан Алиев
Уникальные ковры:
«Зарождение», «Млечный путь»
и «Мечта Саттара»
Резюме
В статье рассказывается о творчестве из-
вестного коврового художника Эльдара Микаил-
заде, анализируются особенности мастерства
его работ последних лет «Создание», «Млечный
путь» и «Мечта Саттара».
Ziyadkhan Aliyev
Unique carpets: “Yaranish”
(Origin or Creature), “Kahkashan”
(Milky Way or Galaxy) and
“Sattarin arzusu” (Sattar’s Wish)
Résumé
This article discusses the creative work of Eldar Mi-
kayilzade, a famous carpet painter of Azerbaijan, in
addition to the artistic characteristics of his famous
carpets “Yaranish” (Origin or Creature), “Kahkas-
han” (Milky Way or Galaxy) and “Sattarin arzusu”
(Sattar’s wish).
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...147