68
ZAQATALAYA
G E D Ə N Y O L D A
Toni
Hazledine
"HALI"
Dekabr 1994 № 78
Azərbaycanın şimalında yerləşən Zaqatalanın xovlu xalçaları Qərbdə bu yaxın müddətə
qədər, demək olar ki, tanınmamışdı. Onlar, Qafqazın və Mərkəzi Asiyanın yenicə
müstəqillik qazanmış, lakin çox kasıb vəziyyətə düşmüş respublikalarından nəsildən-nəslə
miras qalan məişət əşyalarının bazara yol açması ilə SSRİ-nin dağılmasınadək dilerlərin
və kolleksiyaçıların diqqətini cəlb etməmişdi. Bu fərqli Qafqaz xalçaları qrupunun, eləcə
də Azərbaycandan və Dağıstandan çoxlu sayda kilim və xovsuz örtüklərin əsasən Türkiyə
vasitəsilə üzə çıxması 1990-cı illərin əvvəllərinə təsadüf edir. Və onların nümayiş etdirdiyi,
əsasən qeyri-kommersiya xarakterli kənd toxuculuğu ənənəsi haqqında indiyədək
dəqiq məlumat çox azdır. Balansı tarazlaşdırmaq üçün, HALİ-nın səyyar redaktoru
Toni Hazledine bu yaxınlarda bir fürsətdən yararlanaraq Böyük Qafqaz dağlarının
cənub yamaclarında yerləşən Zaqatalaya səfər edib. Səfər zamanı onu dostu və həmkarı,
istanbullu xalça dileri Erol Kazançı müşayiət edib.
Londonda nəşr olunan "Halı" jurnalının səyyar redaktoru Toni Hazledin jurnalın 78-ci sayında (1994-
cü il) dərc edilən “Zaqatalaya gedən yolda” adlı məqaləsində Zaqatala rayonunun Tarix Diyarşünaslıq
Muzeyində və məscidində rast gəldiyi xalçalar haqqında məlumat verir, onların fotoşəkillərini təqdim
edir, "Zaqatala xalçaları" kimi göstərdiyi xalçaların məhz harada toxunması məsələsinə də aydınlıq
gətirir.
Müəllif gördüyü xalçaların hamısının Zaqatalaya aid olduğunu göstərir. Lakin əslində, bu xalçalar
Azərbaycanın bir çox bölgələrində toxunan, o cümlədən Qarabağ, Quba, Qazax-Borçalı, Şirvan və
İrəvan xalça qruplarına aid nümunələrdir. Müəllifin məqalədə göstərdiyi “Ləzgi ulduzu” xalçası
isə Quba qrupunun “Zeyvə” xalçasına xas olan ornamentlərdən təşkil olunmuşdur. "Ləzgi ulduzu"
xalça nümunəsi tarixən Azərbaycan xalçaçılıq məktəbləri üçün səciyyəvi olmamışdır. Üzərində bu
növ naxışları olan xalçalara, demək olar ki, Azərbaycan xalçalarının 9 xalça qrupunda rast gəlmək
mümkündür. Ümumiyyətlə, səkkizguşəli ulduz xalqımızın ən qədim rəzmlərindən biri kimi Azərbaycan
xalçalarının bütün qruplarına aid olan xalçalar üzərində müxtəlif ölçülərdə tətbiq olunur. Hətta,
səkkizguşəli ulduz təsvirinə Naxçıvandakı Kültəpə abidəsindən (e.ə. IV minillik) tapılmış keramik qab
üzərində də rast gəlinir.
Tarixən türklərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif xalqlar, o cümlədən, Zaqatalada yaşayan
etnik qruplar - avarlar, saxurlar, çərkəzlər, ləzgilər, qumuxlar, gürcülər və udinlər də Azərbaycana
məxsus naxışlar, nümunələr əsasında xalçalar toxumuşlar. Və bu xalçalar üzərində də "Zeyvə" xalçasına
xas səkkizguşəli ulduzlar da öz əksini tapmışdır.
T.Hazledinin məqalədə xatırlatdığı "Sevan" üslublu medalyonu olan xalça məsələsinə gəlincə isə,
qeyd etməliyik ki, bu Azərbaycan xalçaçılıq tarixi baxımından bu, yanlış bir mövqedir və "Sevan"
türklərin kompakt şəkildə yaşadıqları Qərbi Azərbaycanda Göyçə gölüdür.
“Azərbaycan xalçaları”nın “Tərcümələr” rubrikasında oxucularımızı
İngiltərənin məşhur "HALI" jurnalının səyyar redaktoru Toni
Hazledinenin Azərbaycanın Zaqatala bölgəsinə səfəri zamanı tanış
olduğu xalçalara həsr etdiyi məqalənin bir hissəsi ilə tanış edirik.
Azərbaycan Xalçaları
Cild 3 №9 2013
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76,77,78,79,80,...148