43
43
Samux rayonu Böyük və Kiçik Qafqaz dağları
arasında, düzənlik yerdə yerləşir. Bu rayonun
iqlimi quru kontinental iqlim növünə aiddir.
Samux rayonu “Eldar şamı” ağacının vətənidir.
Ərazidən keçən Kür, Qabırrı və Qanıx çayları
sahillərində yerləşən Tuqay meşələri öz flora və
faunasının zənginliyi ilə fərqlənir. Meşələrdə
bitən nadir, müalicəvi əhəmiyyəti olan zirniş,
yemişan, iydə, at şabalıdı, qara moruq və s. kimi
ağac və kollar buradakı xalçaların rəng həllində
öz təzahürünü aydınlıqla tapır. Rayonun təbii
şəraiti, Gəncənin dağlıq rayonlarına nisbətən isti
iqlimi burada toxunan xalçaların rəng tərtibatı­
na və xovunun ölçüsünə təsir etmişdir. Samux
rayonunun Qarayeri, Bağbanlar, Çobanabdallı,
Seyidlər, Sərkar, Tatlı, Yuxarı Ağasıbəyli, Zaza-
lı, Ziyadlı kəndlərinin nəfis tərtibatlı xalçaları və
xovsuz xalça məmulatları Gəncə xalça qrupuna
daxil olan nümunələr içərisində xüsusi bədii
əhəmiyyəti ilə seçilir.
Samux rayonu
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
Samux rayonunun girişi.
Samux rayon İcra Hakimiyyətinin binası.
Heydər Əliyev parkı. Samux.
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...100