44
44
Şəmkir rayonunun şimal-şərq hissəsini (Kür çayının
sol sahili) Ceyrançöl, Mərkəzi hissəsini Gəncə-Qazax
düzənliyi, cənubunu kiçik Qafqazın şimal-şərq ətəkləri
tutur. Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli
dağ-meşə landşaftı vardır. Relyef xüsusiyyətlərinə görə ra-
yonun ərazisi dörd zonaya ‒ maili düzənliklər, dağətəyi,
orta dağlıq, yüksək dağlıq zonalarına ayrılır. Rayonun
iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.
Rayonun ərazisindən Kür çayı və onun qolları ‒ Zəyəm,
Şəmkir, Cəyir çayları keçir. Şəmkir rayonu ərazisində IX-
XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid
Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII
əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi),
XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII
əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası
(Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi),
XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI-XVII
əsrlərə aid Koroğlu qalası (Şəmkir şəhər), dəmir dövrünə
aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə
aid Pir (Alban abidəsi, Dağ-Daşbulaq kəndi), 1909-cu ildə
tikilmiş Alman kilsəsi (Şəmkir şəhər), XI-XII əsrlərə aid
oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI-XVII əsrlərə
aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Bu təbii
şərait və zəngin mədəni irs Şəmkiri təkcə bölgənin deyil,
həm də Azərbaycan Respublikasının mühüm rayonların-
dan birinə çevirmişdir.
Şəmkir rayonu
Şəmkir rayonunun girişi.
Şəmkir qalası. XI əsr. Şəmkir şəhərinin yaxınlığında.
Koroğlunun heykəli. Şəmkir.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...100