46
46
Xalça Samux rayonu Qarayeri kəndində toxunub. Samux ərazisində olan xalçalar incə toxunuşu ilə seçilir. Rayonun təbii
şəraiti, Gəncəətrafı dağlıq rayonlara nisbətən isti iqlimi burada toxunan xalçaların rəng tərtibatına və xovunun ölçüsünə
təsir etmişdir. Belə naxışlı xalçalara Şirvan və Quba ərazisində də çox rast gəlinir. Bu naxış kompozisiyasını, yerli ənənəyə
uyğun olmadığından, gəlmə hesab etmək olar. Toxunuş texnikasının mürəkkəbliyi bu xalçanın xüsusi sifarişlə toxunduğu-
nu deməyə əsas verir. Əllə toxunan xalçanın yuxarı hissəsində hicri təqvimi ilə 1204-cü ildə toxunduğu qeyd olunmuşdur.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə üç zolaqdan ibarətdir. Onlardan ikisi romb və düzbucaqların bir
bağ üzərində bitişdiyi kompozisiyanın paralel toxunmuş naxışlarından ibarətdir. Ana haşiyə zolağı daxilində səkkizbucaqlı
nəbati elementin stilizə olunmuş çiçək təsviri ilə əhatə edilmiş motivləri nəzərə çarpır. Çiçəklərin mavi, sumağı, sarı, qırmı-
zı, sürməyi kimi rəng dəyişkənliyi digər elementlərin rəngləri ilə harmonikdir.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...100