45
45
Şəmkirin iqlimi onun bitki örtüyünə də təsir etmiş, ona müxtəlif ça-
larlar bəxş etmişdir. Bu əlvanlıq ip boyama işinə də təsir etmişdir. Tünd
və adi boz-qəhvəyi, açıq-şabalıdı torpaq yabanı və mədəni bitkilər
üçün əlverişlidir. Bu bitki aləmindən alınan rənglər Şəmkir xalçaları-
na özünəməxsus çalar, göz oxşayan gözəllik bəxş edir. Şəmkirdə iplər
peşəkar səviyyədə əldə əyirilirdi. Bu xalçalar qədim Gəncə xalçalarına
xas üsulla türkbaf qaydası ilə toxunurdu və bu ənənə bu gün də yaşa-
maqdadır. Şəmkir xalçalarının, demək olar ki, hər biri çox fərqli naxış
kompozisiyaları ilə və az sayda toxunmuşdur. Bu sənət nümunələrinin
bədii əhəmiyyəti böyük olduğundan dünyanın aparıcı muzeylərinin eks-
pozisiyasında və şəxsi kolleksiyalarda xüsusi diqqətlə qorunmuşdur.
Şəmkir rayonunun Aşağı Seyfəli, Bayramlı, Dəllər Cırdaxan, Könül-
lü, Qapanlı, Qaracəmirli, Morul kəndləri qeyri-adi gözəlliyə malik və
kamil xalça nümunələrinin vətənidir.
Beləliklə, zəngin tarixə və böyük yaradıcılıq təcrübəsinə malik olan
Gəncə xalçaları özünün nəfis tətribatı, rəng həllinə görə seçilmiş,
Azərbaycan xalçalarının digər qrupları ilə yaxın yaradıcılıq əlaqəsində
yaranmışdır. Gəncə və onun ətraf rayonlarının hər biri öz təbiətinə, bit-
ki örtüyünə görə xalçalara müxtəlif rəng çaları vermiş, toxuma texnika-
sında fərdi cəhətləri qoruyub saxlamışdır. Gəncə qrupuna aid XIX –XX
əsr dönəmini əhatə edən iyirmi beş xalçanın ayrı-ayrılıqda təhlil olun-
ması onların yaradıcı xüsusiyyətlərini və səciyyəvi cəhətlərini müəyyən
etməyə imkan vermişdir.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
Şəmkir qalası. XI əsr. Şəmkir şəhərinin yaxınlığında.
Aşıq Dilqəmin büstü. Şəmkir.
Şəmkir minarəsi.
Rəssam: Dübua de Monpere. 1834-cü il.
Arxeoloji qazıntılar zamanı tapılan
saxsı məmulatları. Şəmkir.
Qədim şəhərin qalıqları. Şəmkir.
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...100