47
47
Xalçanın ara sahəsi bir-birindən fərqli həndəsi formalı yeddi göldən ibarətdir. Yuxarı hissədə tərtib edilmiş dörd göldən
sonra qübbənin yerləşdirilməsi və sonra əlavə toxunmuş üç göl bir qədər bənzəsələr də, əslində bir-birindən fərqlənirlər.
Ara sahədə olan motivlər arasında ördək və qeyri-müəyyən quşlar, xaçabənzər və digər damğa tipli elementlər, “S”,
ağac, romb və müxtəlif güllər təsvir edilmişdir. Bu naxışların hər biri həndəsiləşdirilmiş bədii üslubda işlənmişdir. Bu
da Azərbaycanın qərb bölgəsinə məxsus toxuculuq ənənəsi ilə bağlıdır. Onların bəziləri digər xalçalarda daha böyük
ölçülərdə toxunduqları halda bu xalçanın ensiz ara sahəsi üzərində məharətlə yerləşdirilibdir. Ölçülərə peşəkarlıqla riayət
edilib. Xalça yolluq tiplidir; xalq sənətinin ən dəyərli nümunələrindəndir. Xalça Gəncədə şəxsi kolleksiyada saxlanılır. Xal-
çanın sıxlığı 30x50 sm-dir. Xovu qısa, saxlanma vəziyyəti əladır. Təmir-bərpa işləri aparılan yerləri vardır. Ağ rəngli arğacı,
həmçinin ərişi, xovu yundur. Elmi, tarixi və bədii əhəmiyyət kəsb edir.
Xalça. Yun. Xovlu. 370x90. 1783-cü il. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,39,40,41,42,43,44,45,46,47,48 50,51,52,53,54,55,56,57,58,59,...100