48
48
Xalça Şəmkir rayonunun Dəllər Cırdaxan
kəndində toxunmuşdur. Bu xalçanın ölçüsü
Şəmkir rayonu ərazisində toxunan xalçaların
ölçülərinə uyğundur. Texnoloji baxımdan iplər
peşəkar səviyyədə əldə əyirilib, bitki mənşəli
boyaq maddələrindən istifadə edilərək boya-
nıb. O, qədim Gəncə xalçalarına məxsus üsulla
‒ türkbaf qaydası ilə toxunub. Belə naxış kom-
pozisiyalı xalçalar az sayda toxunmuş, quru-
luşunun bədii əhəmiyyəti böyük olduğundan,
dünyanın aparıcı muzeylərinin ekspozisiya-
sında və şəxsi kolleksiyalarda xüsusi qayğı
ilə qorunmuşdur. Xalçanın bədii tərtibatında
istifadə olunan naxışlara Qarabağ, Qazax və
Borçalıda toxunan xalçalarda da rast gəlinir.
Xalça ara sahədən və yeləndən ibarətdir.
Yeləndə zolaqların ən enli hissəsində gül, en-
siz zolaqlar üzərində isə üçbucaq təsvirləri
toxunub. Yeləndə işlənmiş sarı rəng Kür çayı
sahillərindəki bitkilərdən alınmışdır. Qırmızı
yerlikli ara sahədə üzərində üç ədəd içərisində
sınıq xətlər, düzbucaqlı, qarmaq, oxabənzər
elementlər yerləşdirilmiş çoxbucaqlı göl, on-
ların ətrafında isə həndəsi formalı ağac, hey-
van, romb, səkkizguşəli ulduz və s. həndəsi
elementlər toxunub.
Haşiyə naxışları üzərində üçbucaqlar tanrı-
ya doğru ucalan dağlara olan inancla bağlıdır.
Çiçəklər cənnətin rəmzi, budaqlar isə sonsuz-
luğa olan işarədir.
Xalçanın ara sahəsində olan üç gölün
ətrafında toxunmuş ağac ‒ əbədi həyatı, romb
– bərəkəti təmsil edirsə, səkkizguşəli ulduz
səma cisimlərinə olan inamdan irəli gəlir. Əsas
element olan üç göl isə yeraltı, yaşanan və ruh-
ların qərar tutduğu qatların simvoludur. Xalça
Azərbaycanda şəxsi evdə saxlanılır.
Xalçada təbii yolla alınmış yeddi ‒ ağ, qırmı-
zı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglərdən
istifadə olunmuşdur. Rənglərin ahəngdarlığı
xalçaya xüsusi görkəm verməklə, onun bədii
əhəmiyyətini artırmışdır. Xalçanın sıxlığı
27x43 sm-dir; xovu hündürdür. Xalçanın ərişi,
arğacı və xovu yundur. Bu tipli xalçalar quzu
yunundan istifadə edilməklə toxunur. Xalçada
təmir-bərpa işləri aparılan yerlər vardır. Xalça
elmi, tarixi və bədii əhəmiyyət kəsb edir. Sax-
lanma vəziyyəti ortadır.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...100