50
50
Xalça Samux rayonunun Sərkar kəndində toxunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, toxucu bu xalçanın
təsvirini qədim zamanlarda yaranmış tarixi şərait nəticəsində Araz çayı sahillərində yaşayan əhalinin toxuduğu xalçaların
bu əraziyə gəlib çıxmış nümunəsindən götürmüşdür. Xalçanın rəng tərtibatında istifadə olunan rənglər və toxunuş texni-
kası Samux bölgəsinə aiddir. Azərbaycanın qədim ipəkçilik və toxuculuq mərkəzi olan Gəncənin xalçaları rənglərinə, bədii
quruluşuna, toxunma texnikasına görə çox dəyərlidirlər. Bu xalçadakı naxışlara Qarabağ, Bakı və Şirvanda toxunan xal-
çalarda da rast gəlinir. Qarabağda toxunan xovsuz xalça məmulatlarında, məfrəşlərdə bu naxışlar işlədilmişdir və dünya
xalça ekspertləri bunları “Şahsevən” adlandırırlar.
Xalça nəfis bədii tərtibata malikdir. Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Onun görünüşünü orijinal edən ara
sahəsinin diaqonal zolaqlardan ibarət olmasıdır. Haşiyə zolağı ana və bala haşiyələrdən ibarətdir. Onları bəzəyən əsas
naxış elementləri həndəsi motivlərdir. İki cərgədə paralel mollabaşılar və ana haşiyədə mərkəzdə romb, ətrafları qarmaqlı
naxışlar toxunub.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...100