76
76
Xalça indiki Daşkəsən rayonunun Zağalı kəndində toxunmuşdur. Zağalı kəndindəki dünya əhəmiyyətli kurqanlar və
daş qəbiristanlıqlar qədim mədəniyyətin izindən xəbər verir. Burada tapılan məişət əşyalarının bədii həlli, üzərində olan
naxışlar əski inanclardan və dünyagörüşündən xəbər verir. Qədim yaşayış yeri olan Zağalı kəndi özünün xalçaçılıq ənənəsi
ilə də şöhrət qazanmışdır. Bu xalçalar üzərində tərtib edilən naxışların qədim əşyalarda olan naxışlarla eynilik təşkil etməsi
bütöv bir mədəni həyatdan xəbər verən hadisədir.
Yolluq formasında olan xalçanın kompozisiyası Quba, Şirvan, Qazax və Qarabağda toxunan “Zeyvə” xalçaları ilə oxşar-
lıq təşkil etsə də, Gəncə toxuculuq ənənəsi və yerli rənglərdən istifadə olunmaqla fərqli görünüş əldə etmişdir. Yerli toxu-
cular bu tip xalçaları üzərindəki göllərin sayı ilə adlandırırdılar.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üzərində nəbati mənşəli stilizə edilmiş naxışlar var. Ara
sahə də çoxlu kiçik ölçüdə toxunan naxışlardan ibarətdir. Doqquz ədəd ulduzabənzər göllər biri digərindən rənginə görə
fərqlənsələr də, biçimlərinə görə onlar eyni toxunmuşdur. Göllərin içərisində olan naxışlarla ara sahəni bəzəyən naxışlar
arasında yaxınlıq var. “S”, ətrafları buruqlarla dövrələnmiş həndəsi naxışlar, bundan başqa ara sahənin kompozisiyasında
paralel toxunmuş quş, xərçəngəbənzər motivlər formasına görə öz arxaikliyini qoruyub saxlamışdır.
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84,85,86,87,88,...100