29
Azərbaycan xalçaları / İrəvan QRUPU
İrəvan məscidinin
həyəti.
İrəvan şəhərinin
Zəngi çayından görünüşü.
pub­likası tərəfindən baş nazir A.Xatisyan, maliyyə na­­zi­ri
A.Gülxəndanyan, daxili işlər nazirinin müavini S.Qordanyan
imzalamışlar. Müqavilə 18 maddədən ibarət idi. 1-ci maddə
ilə müharibəyə son qoyulduğu və tərəflərin daimi sülh­ üçün
danışıqlara başladığı bildirilirdi. 2-ci maddədə Tür­kiyə ilə
Ermənistan Respublikası arasındakı sərhəd də­qiq­ləşdirilir­
di. Ermənistan Respublikasının ərazisi İrəvan və Göyçə gölü
bölgələrindən ibarət olmaqla əvvəlki sərhədlərinə - 1918-ci
il 21 iyun sərhədlərinə qaytarılırdı. Həmin maddənin ikin­
ci hissəsində deyilirdi: “Kükü dağı, Həməsur dağı, Qurd­
qu­laq kəndi, Sayat dağı, Arpaçay evləri, Kömürlü dağı, Sa­
ray­bulaq, Ararat stansiyası, Araz çayı yaxınlığındakı Aşağı
Qa­ra­sunun töküldüyü yerdən keçən zolağın cənubundakı (Nax­
çıvan, Şahtaxtı, Şərur) əraziyə, daha sonra referendumla tə­
yin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi
tor­­paqlara Ermənistan qarışmayacaq, həmin ərazidə hələlik
Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır”. Ermənis­
tan Respublikasının təcavüzkar siyasəti nəzərə alınaraq mü­
qa­vilə­də onun silahlı qüvvələrinin həddi müəyyən edilirdi.
4-cü maddəyə görə Ermənistan hökuməti “daxili təhlükəsizli­
yini qorumaq üçün lazımi səviyyədə yüngül silahlı jandarm
qüvvəsi və ölkəni qorumağa ayrılan 8 dağ və ya səhra topu
ilə 20 pulemyota malik 1500 muzdlu əsgərdən ibarət birlikdən
artıq hərbi qüvvəyə malik olmayacağını öhdəsinə götürürdü”.
Ermənistan Respublikası hərbi mükəlləfiyyət keçirə bilməzdi.
5-ci maddəyə görə müqavilə şərtlərinin yerinə yetirilməsinə
nəzarət Türkiyənin İrəvandakı siyasi nümayəndəsi və ya səfiri­
nə həvalə olunurdu. Bunun müqabilində Türkiyə hökumə­ti
Ermənistan Respublikasının istəyinə əsasən ona silahlı yar­
dım etməyi öhdəsinə götürürdü. Ermənistan Respublikası əra­
zisindən Türkiyə üçün təhlükə yarandıqda, Türkiyə höku­mə­ti
Ermənistana qoşun yeridə bilərdi. Müqavilənin 6 və 7-ci mad­
dələri köçkünlərlə bağlı idi. Hər iki tərəf, müharibə za­manı
düşmən ordusu tərəfinə keçərək, öz dövlətinə qarşı silah iş­
lədənlərdən və ya işğal olunmuş torpaqlarda kütləvi qırğın­
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...116