30
lar­da iştirak edənlərdən başqa, qalan köçkünlərin əvvəlki
sərhəd daxilindəki yurdlarına dönmələrinə razılıq verirdi.
Tür­kiyə hökumətinin müharibənin əsas səbəbkarı olan
məğ­lub tərəfdən - Ermənistan Respublikasından təzminat
tələb etməyə tam haqqı olsa da, o, humanizm prinsiplərinə
hörmət edərək, bundan imtina etdi (8-ci maddə), habelə
2-ci maddədə göstərilən sərhədlər daxilində suverenliyini
bütünlüklə inkişaf etdirmək və gücləndirməkdə ermənilə­
rə yardım göstərməyi öhdəsinə götürdü. 10-cu maddəyə
əsasən Ermənistan hökuməti Antanta dövlətlərinin Türki­yə
Böyük Millət Məclisi tərəfindən qəti surətdə rədd edilmiş
qarətçi Sevr müqaviləsini (1920, 10 avqust) etibarsız saydı
və bununla da özünün Batum müqaviləsi (1918, 4 iyun) ilə
nəzərdə tutulan əraziləri hüdudlarında mövcudluğunu
təsdiqlədi. 11-ci maddə Ermənistan Respublikası ərazi­
sində yaşayan türk-müsəlman əhalinin hüquqlarına aid
idi. Ermənistan hökuməti öz ərazisində yaşayan türk-mü­
səlman əhalinin mədəni və dini inkişafı üçün şərait ya­
ratmağı öhdəsinə götürürdü. 12-ci maddə nəqliyyat mə­
sələlərini, xüsusilə tranzit nəqliyyatını tənzimləməli idi.
Türkiyə hökuməti Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu
ilə tranzit əlaqələrinin sərbəstliyinin təminatını öz üzərinə
götürürdü. Türkiyə hökuməti Ermənistan Respublikası
daxilində müvəqqəti olaraq hərbi qüvvə saxlamaq hüqu­
qu əldə edirdi (13-cü maddə). Ermənistan hökuməti hər
hansı bir dövlətlə bağlanan müqavilələrin Türkiyənin mə­
nafeyinə, yaxud maraqlarına zidd olan maddələrini eti­
barsız saymağı qəbul edir və bunu öhdəsinə götürürdü
(14-cü maddə). Sonrakı maddələrdə iqtisadi-siyasi mü­
na­sibətlərin nizama salınmasından və müqavilənin təs­di­
qindən bəhs olunurdu. Müqavilənin sonunda hər iki tə­
rəfin qəbul etdiyi belə bir fikir də diqqəti cəlb edir: tərəflər
arasında anlaşılmazlıq meydana gəldikdə, müqavilə türk­
cə mətnə əsasən təhlil olunmalı idi. Gümrü müqaviləsinin
Naxçıvan mahalına münasibətdə müəyyən ədalətsiz müd­
dəaları (qədim türk torpaqları olan Uluxanlı, Qəmərli
kənd­lərinin və ən başlıcası isə Böyük Vedi ətrafındakı bir
çox Azərbaycan kəndlərinin Ermənistana verilməsi) nəzərə
alınmazsa, bu müqavilə Naxçıvan Muxtar Respublikası­nın
indiki sərhədlərinin müəyyənləşdirilməsində mühüm rol
oynadı.
Ermənistan SSR (1920-1991).
Azərbaycan torpaqlarında
qurulan növbəti erməni dövlət qurumu Ermənistan SSR
oldu. Ermənistanda sovet hakimiyyəti 1920-ci il noyabrın
29-da quruldu. Bu dövlətin qurulması Ermənistan (Ararat)
Respublikasının yaradılmasından bəzi xüsusiyyətlərinə gö­
rə fərqlənirdi. Əvvəla, Ermənistan (Ararat) Respublikası
di­gər Cənubi Qafqaz respublikaları - Gürcüstan və Azər­
baycanla eyni tarixi şəraitdə və vaxtda elan edilmişdir.
Er­mə­nistanın sovetləşdirilməsi isə Azərbaycan SSR-dən
(1920, 28 aprel) yeddi ay sonra baş vermiş, bu proses­
də fə­al rol oynayan Sovet Rusiyası onu sürətləndirmək
üçün Azərbaycan torpaqlarının Ermənistan SSR-ə veril­
məsindən bir vasitə kimi istifadə etmişdir. İkinci, yenə
So­vet Rusiyasının fəal iştirakı ilə Ermənistanda yaşayan
azərbaycanlılardan fərqli olaraq, Azərbaycan SSR-in Qa­
rabağ bölgəsinin dağlıq hissəsinə muxtariyyət verilməsi
üçün tədbirlər həyata keçirməyə başlamışdır. Beləliklə,
Azərbaycanın tarixi torpaqlarında Ermənistan SSR yara­
dılması ilə yanaşı, onun tərkibində muxtar qurum yarat­
maq cəhdləri ilə Azərbaycanın daxili işlərinə qarışmaq
və yeni ərazi iddiaları üçün zəmin hazırlanmış oldu. Er­
mənistan SSR və Moskvanın əlbir fəaliyyəti nəticəsində
ta­ri­xi Azərbaycan torpaqları olan Zəngəzurun ərazisinin
böyük bir hissəsi Ermənistana verildi. Naxçıvanla digər
Azərbaycan torpaqları arasında birbaşa əlaqə kəsildi. Eyni
za­manda Ermənistanla İran arasında birbaşa əlaqə yaran­
dı. Ermənistan XKS-nin 1921- ci il 20 iyulda təsdiq etdiyi
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...116