31
Azərbaycan xalçaları / İrəvan QRUPU
yeni inzibati-ərazi bölgüsünə əsasən oradakı 8 qəzaya
da­ha bir qəza - Zəngəzur əlavə edildi. Bütün bunlardan
sonra Sovet Rusiyası Cənubi Qafqazla (Gürcüstanda so­
vet hakimiyyəti 1921-ci ilin fevralında qurulmuşdur)
Tür­kiyə arasındakı sərhədlərin təsdiqi yoluna keçdi.
1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə bir tərəfdən
Azərbaycan, Ermənistan, Gürcüstan respublikaları, di­gər
tərəfdən Türkiyə arasında 16 mart RSFSR-Türkiyə mü­
qaviləsinə uyğun olaraqQarsda yeni müqavilə imzalandı.
Qars müqaviləsi 20 maddə və 3 əlavədən ibarət idi. Bi­
rinci maddədə 1921-ci il 16 mart Moskva müqaviləsi
istisna olmaqla, razılığa gələn tərəflərin tabeliyindəki
əra­zilərdə öz suveren hüquqlarını həyata keçirən döv­
lətlər arasında bağlanmış və yuxarıda göstərilən əra­
zilərə, həmçinin Cənubi Qafqaz respublikalarına
aidiy­ya­ti olan, habelə üçüncü dövlətlərlə bağlanmış
mü­qavilələrin ləğv olunduğu və qüvvədən düşdüyü
bil­dirilirdi. İkinci maddəyə görə tərəflər onlardan hər
han­sı birinə güclə, məcburi qəbul etdirilən heç bir sülh
müqaviləsini və ya digər beynəlxalq aktı tanımamağa
razılaşırdılar. Cənubi Qafqaz respublikaları Türkiyənin,
Türkiyə isə onların qəbul etmədiyi hər hansı beynəlxalq
aktı tanımamağı üzərinə götürürdü. Üçüncü maddədə
kapitulyasiya rejiminə hər hansı münasibəti olan bütün
funksiya və hüquqların öz qüvvəsini itirdiyi və ləğv
olunduğu qeyd edilirdi. Dördüncü maddə sərhədlər mə­
sələsinə həsr olunmuşdu. Qars müqaviləsinin beşinci
mad­dəsi Naxçıvana aid idi. Həmin maddədə göstərilirdi
ki, “Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan
hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin
III əlavəsində göstərilən sərhəd daxilində Azərbaycanın
himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar”. Altıncı maddə ilə Türkiyə Batum şəhərini və limanını müəyyən
şərtlərlə Gürcüstana güzəştə gedirdi. 7, 8 və 9-cumaddələrdə Türkiyə və Gürcüstan arasındakı sərhədməsələlərindən, Qara
dəniz və boğazların statusundan bəhs olunurdu. Onuncu maddə ilə “razılığa gələn tərəflər öz ərazilərində digər ölkənin və
ya onun ərazisinin bir hissəsində hökumət roluna iddia edən təşkilat və ya qrupların yaranmasına və ya olmasına, həmçinin
digər ölkəyə qarşı mübarizə məqsədi güdən qrupların olmasına yol verməməyi öhdəsinə götürürlər”. 11, 12 və 13-cü
maddələr müqaviləyə qoşulan dövlətlərin vətəndaşları
ilə bağlı məsələlərə həsr edilmişdi. On dördüncü maddə
ilə müqavilənin imzalandığı gündən sonra 6 ay ərzində
1918-1920-ci illər müharibələri qaçqınlarına aid xüsusi
müahidə bağlanması nəzərdə tutulurdu. 15 və 16-cı
maddələr Qafqaz cəbhəsindəki hərbi əməliyyatlardan
irəli gələncinayətlərəgörə taməfv-ümumiyyə (amnistiya)
elan edilməsi, hərbi və mülki əsirlərin geri qaytarılma­
sı haqqında idi. 17 və 18-ci maddələr isə razılığa gə1ən
tərəflər arasında kommunikasiya və iqtisadi əlaqələrə
həsr olunmuşdu. On doqquzuncu maddəyə görə tə­
rəf­lər müqavilənin imzalanmasından sonrakı 3 ay ər­
zində konsul konvensiyası bağlamağı öhdələrinə gö­
tü­rürdülər. Sonuncu - iyirminci maddə müqavilənin
ra­ti­fikasiya olunmasını nəzərdə tuturdu. Ratifikasiya
fər­manları mübadiləsinin İrəvanda həyata keçirilməsi
qeyd olunmuşdu. Müqavilə onun imzalanmasından son­
ra dərhal qüvvəyə minən 6, 14, 15,16, 18 və 19-cu mad­dələr istisna olmaqla, ratifikasiya fərmanlarının mü­badilə olunduğu
andan qüvvəyə minməli idi. Qars mü­qaviləsinin ratifikasiya mübadiləsi 1922-ci il sentyabrın 22-də İrəvanda olmuşdu.
Müqavilənin fəaliyyət müddəti məh­dudlaşdırılmamışdır.
Sovet Rusiyası Cənubi Qafqazın xarici sərhədlərinin təsdiqindən sonra buradakı respublikalararasımünasibətləri öz nəzarətinə
almağa başladı. 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradıldı. ZSFSR-də Azərbaycan
torpaqları hesabına digər respublikaların, o cümlədən Ermənistan SSR-in ərazisinin genişləndirilməsinə şərait yaratdı.
Dəmirbulaq məscidi. İrəvan.
İrəvanın şəhər bazarı.
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...116