54
Qırxbulaq və Əştərək mahalları
Qırxbulaq və Əştərək ərazisində toxunan xalçaların ox­
şar cəhətləri əsasında onları bir qrupda birləşdirmək olar.
İrəvandan 13 km şimali-şərqdə yerləşən Əştərək qədim
oğuz-türk torpağı kimi tanınır. Qədim türk dilində şam
ağacı anlamını verən terek və türk xristianlığının izi olan
“xaç” sözü bu ərazinin adında özünü göstərir. Bölgədə
qədim türk inancları və islam dininə aid xeyli abidə var­
dır. Eyni zamanda, səlcuqların bu ərazilərlə bağlılığı xal­
çalarda, memarlıq incilərində öz izini buraxmışdır.
Əştərək bölgəsinin ərazisi yarı dağlıq, yarı düzən­likdir.
Bu bölgə əsrarəngiz alp çəmənliklərinə və dağətəyi
meşəliklərə malik olub, bir tərəfdən Alagöz dağına, digər
tərəfdən isə İrəvana yaxındır. Meşələrində palıd, qoz,
cır ərik, cır alça, yemişan, əncir bitir. Vaxtilə yerli əhali
dəyməmiş qozu əncir yarpağı ilə birlikdə qaynadıb ya­
şıl rəng alırmış. Yerin tərkindən çıxan lacivərd daşından
isə tünd sürməyi rəng, lazuritdən bənövşəyi rəng hazır­
layardılar. Bölgədə qoyunçuluğun inkişaf etməsi də xal­
ça və xalça məmulatlarının çoxluğuna səbəb olmuşdur.
Bu bölgənin əsrarəngiz mənzərələrinin, güllü-çiçəkli
bağlarının, yaşıl meşələrinin, çəmənliklərinin gözəlliyi
xal­çalara hopmuş, onlara min cür rəng vermişdir. Əş­
tərək bölgəsində yaşayan əhalinin folkloru, adətləri, ey­ni
zamanda, mətbəxi, məişəti ümumi Azərbaycan mədə­
niyyətinin tərkib hissəsidir. Bu bölgənin əsrarəngiz mən­
zərələrinin, güllü-çiçəkli bağlarının, yaşıl meşələrinin və
alp çəmənliklərinin gözəlliyi burada toxunan xalçalardan
da yan keçməmişdir.
Qırxbulaq İrəvan şəhərinə yaxın olub, çayları, bulaqları
ilə məşhur olan bir mahaldır. Tiflis yolunun üzə­rində
yerləşən bu mahal da qədim körpüləri, məscidləri və
türk xristianlığının izi olan məbədləri ilə məşhur idi. Ağ­
manqan dağı, Qırxbulaq mahalı boyunca uzanan, qarla
örtülü təpələri olan bu silsilədə rəngarəng güllər, çiçəklər,
kollar bitirdi. Bu bölgə hələ qədim dövrdən dəvəçiliyi ilə
məşhur olmuşdur. Mineral ehtiyatlarının zənginliyi və
boyaq bitkilərinin çeşidliliyi burada tarixi çox qədimə
gedib çıxan boyaqçılıq sənəti və onun ənənələrinə də
əlverişli şərait yaratmışdır. Qırxbulaq mahalında Ellər
bölgəsinin Avdallar, Göykilsə, Cadqıran qədim yaşayış
məntəqəsi Civriş, Ellər qəsəbəsi, Ərzni qəsəbəsi, Kənəkir,
Nurnus və digər kəndlərdə xalçaçılıq məntəqələri olmuş­
dur.
Əştərək bölgəsinin Ucan, Fətrici, Pərpi, Kötəkli və
özünün qədim bölgələri ilə məşhur olan Əştərək şə­
hə­rində yaşayan qədim azərbaycanlılar da xalçaçılıqla
məşğul olmuşlar. Qırxbulaq, Əştərək xalçaları özünün
kompozisiya quruluşuna görə Qazax xalça məktəbinə
yaxındır. Qırxbulaq-Əştərək mahallarında toxunmuş
xalçalarda gül-çiçək, ağac, ulduz, “romb”, “buta”, “S” şə­
killi, kvadratşəkilli dördbucaqlılardan, paxlava formalı,
kənarları pilləli elementlərdən geniş istifadə edilmişdir.
Yağıverdi məbədi.
VI-VII əsrlər. Əştərək mahalı.
Gərni (Qarqar) qalası. E.ə.III-II əsrlər.
Qırxbulaq mahalı, Ellər.
Puthun məbədi. VI əsrin sonu-VII əsrin əvvəlləri.
Qırxbulaq mahalı, Ellər.
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...116