22
22
qaziya komissarlığının hakimiyyəti altına keçdi. Bu dövrdə qəzada kəndli hərəkatı genişləndi.
Bolşeviklər kəndlilərin narazılığından istifadə edərək fəallaşdılar. 1917-ci il dekabrın ikinci yarısın-
da Qovlar stansiyasında S. Şaumyan və H. Sultanovun iştirakı ilə müşavirə keçirildi. Müşavirədə
mülkədar torpaqlarının müsadirə edilərək kəndlilərə verilməsi, silahlı kəndli dəstələri yaradılması
haqqında qərar qəbul edildi. 1918-ci il yanvarın əvvəllərində kəndli çıxışları artdı. Bəzi tədqiqatlara
görə 1918-ci ilin yanvar-iyun aylarında sovet hakimiyyəti qurulduğu qeyd edilir.
1918-ci il may ayının 26-da Zaqafqaziya respublikasının parçalanması nəticəsində Gürcüstan,
mayın 28-də isə Azər­baycan Xalq Cümhuriyyəti və Ermənistan (Ararat) res­publikası quruldu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin iyun ayında Qazax qəzasında öz hakimyyətini bərpa
etdi (Xəritə 14). Ermənistan respublikası bəzi Azərbaycan torpaqları kimi Qazax qəzasının dağlıq
Borçalı qəzası (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 41
Xəritə 13
Daş kitabə. Dəllər kəndi. Borçalı.
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...124