18
18
Şəki xanı Hacı Çələbi (1743/47-1755) 1752-ci ildə II İrakli üzə­
rində qələbə çaldıqdan sonra Qazax sultanlığı Şəki xanlı­ğı­
nın tərkibinə keçmişdi. XVIII əsrin sonlarında hər iki sultanlıq
yenidən II İraklidən asılı vəziyyətə düşmüşdür. Gəncə xan­lığı
Qazax-Şəmşəddil və Borçalı sultanlıqları üzərində nüfuzunu
möhkəmləndirməyə çalışırdı. II İrakli gürcülərin hakimiyyətini
güc­­lən­dirmək məqsədi ilə Rusiyaya meyil etdi. 1783-cü ildə Rusiya
ilə Georgiyevsk müqaviləsi bağlandı.
XVIII əsrin sonlarında Ağa Məhəmməd Qacarın (1795-1797)
mərkəzi hakimiyyəti ələ alması ilə Cənu­bi Qafqazda möh­
kəmlənmək uğrunda mübarizəyə baş­ladı. 1795-ci ildə Tiflisi tut-
du. Rusiya imperiyası Georgiyevsk müqaviləsi əsasında Cənubi
Qafqaza yürüş təşkil etdi. Lakin II Yekaterinanın (1764-1796) ölü­
mündən sonra hakimiyyətə gələn Pavelin (1796-1801) əmri ilə
bölgəni tərk etdi. 1797-ci ildə Şuşada Ağa Məhəmməd şahın qətli
ilə Qacarlar dövləti də zəiflədi. Rusiya belə bir vəziyyətdən istıfadə
edərək Cənubi Qafqazın işğalına başladı.
Çar I Aleksandrın (1801-1825) 1801-ci il 12 sentyabr Manifesti
ilə Şərqi Gürcüstan Rusiyaya ilhaq edildikdə Borçalı və Qazax-
Şəmşəddil sultanlıqları da Rusiyaya ilhaq edildi. Lakin Rusi-
ya imperiyası işğalçılıq siyasətini davam etdirərək digər Şimali
Azərbaycan torpaqları uğrunda müharibəyə başladı. Car-Balakən
1803-cü ildə, Gəncə xanlığı isə 1804-cü ildə tutuldu. 1804-1813-cü
illərdəki rus-İran müharibəsi Gülüstan müqaviləsi ilə başa çatdı.
Müqaviləyə əsasən Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla
digər Şimali Azərbaycan torpaqları Rusiyaya birləşdirildi (Xəritə
10). Rusiya imperiyası Şimali Azərbaycan xanlıqları və sultan-
lıqlarının ləğv edilməsi yolunu tutdu. 1819-cu ildə Şəki, 1820-ci
Nadir Şah Əfşarın İmperiyası (1736-1747- ci illər)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 31
Xəritə 7
Məzar daşı. 1848-ci il. Qazax.
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...124