23
23
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
hissəsinədə iddia irəli sürdü.AzərbaycanXalqCümhuriyyəti
hökuməti Qazax qəzasına aid bir sıra mühüm tədbirlər
həyata keçirdi. 1918-ci il iyunun 22-də Qori Müəllimlər se-
minariyası Azər­baycan şöbəsinin Qazaxa köçürülməsi üçün
vəsait ayrılması barədə qərar qəbul edilmiş, 21 oktyabr ta-
rixli qərarla seminariyanın saxlanmasına vəsait ayrılmış-
dır. 1918-ci il tarixli qərarla Salahlı, Şıxlı kəndlərində və
Poylu stansiyasında sərhəd məntəqələri təşkil olunmuşdu.
Qəzanın möhkəmləndirilməsi üçün də tədbirlər görülmüş-
dü. 1919-cu il 17 fevral tarixli qərarla qəzada, müvəqqəti
olaraq, da­xili işlər nazirliyinin fövqəladə səlahiyyətli
müvəkkili vəzifəsi təsis olunmuş, 7 may tarixli qərarla R.
Qaraşarov bu vəzifəyə təyin edilmişdir. Lakin hökumətin
aqrar məsələnin həllində ləng hərəkəti qəzada kəndlilərin
narazılığına səbəb olmuşdu. 1919-cu ilin sentyabrında Qa-
zaxda kəndli qurultayı keçirildi. Qurultay torpaq məsələsi
haqqında bolşevik qətnaməsini qəbul etdi. Vəziyyəti nəzərə
alan hökumət Bakı qubernatorunun köməkçisi Əmi­ras­lan
xan Xoyskini Qazax qəzasına göndərsə də o, tezliklə buranı
tərk etməli oldu. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq
Cümhuriyyəti süqut etdi və sovet hakimiyyəti quruldu.
Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. 1920-ci il
noyabrın 29-da Ermənistanda da sovet hakimiyyəti quruld
uqdan sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən
1874-cü il inzibati ərazi bölgüsünə görə Azasu, Qaradaş,
Qılınckənd, Uzuntala, Baranin, Qalaçı, Kötükkənd, Qoşqo-
tan, Külpi, Yeni Dilican, Karvansara, Qaraqoyunlu, Polad,
Ayrım və b. Ermənistanın tərkibində qaldı. Qazax qəzasının
Azər­baycanda qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz,
Gədəbəy, Şamxor rayonları (Xəritə 15), Er­mənistana veril-
miş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Kras-
noselsk), Şəmşəddil və Dilican rayonları yaradıldı
Cənubi Qafqazda müstəqil respublikaların qu­rul­du­ğu
dövrdə Borçalı mahalının əhalisi öz mü­qəddəratını tə­yi­
netmə hüququ əsasında Azər­bay­­cana birləşmək haqqında
məsələ qaldırdı. Azər­baycan Xalq Cümhuriyyəti hökuməti
Borçalı qə­­za­sının Borçalı və Yekaterinenfeld polis sahələrini
bü­tünlüklə, Lori və Trialetin isə bir hissəsini öz əra­zisi hesab
edirdi. Bu ərazilər etnostrateji və iqtisadi baxımdan böyük
əhəmiyyətə malik idi. Qazaxdan Qarsa və Batuma çəkilməsi
Borçalı azərbaycanlıları.
Molla Vəli Vidadinin qəbirüstü abidəsi. Qazax.
Məscid. Tiflis.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...124