15
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Səfi”nin ABŞ nüsxəsi 1530-cu ildə, İran nüsxəsi isə XVI əsrin
əvvəllərində – 1505-ci ildə toxunmuşdur.
Bu xalıların dünyada ən məşhuru onun London muze­
yində nümayiş olunan nüsxəsidir. Bu sənət incisi “Viktori-
ya və Albert” muzeyində “Ərdəbil xalçası” adı ilə nümayiş
olunsa da, Azər­baycan incəsənətində əsasən “Şeyx Səfi”
kimi tanınır. Bu da Təbrizdə toxunan xalının Səfəviyyə təri­
qətinin başçısı Şeyx Səfiəddin İshaqın Ərdəbildəki məscid-
türbəsinə vəqf (dini və ya xeyriyyə məqsədi ilə dövlətin,
yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı daşınan və
daşınmaz əmlak) edilməsi ilə bağlıdır. Uzun müddət bura-
nı bəzəyən xalı 1893-cü ildə Londonda auksiona çıxarılmış
və burada ingilislərin ianəsi hesabına “Viktoriya və Albert”
muzeyi ( o vaxt auksionda 25 min funt sterlinqə sa­tılan
xalçanı almağa muzeyin vəsaiti olmayıb) üçün alınmışdır.
Ümumi sahəsi 56,12 kvadratmetr olan (10,51 m x 5,34 m)
xalının bədii əsasını “Ləçəkturunc” kompozisiyası təşkil
edir. Xa­lının mərkəzindəki on altı guşəli göl-turunc günəşi,
qübbələr isə ondan ayrılan şüaları andırır. Ara sahənin
künclərində yer­ləşdirilmiş üçbucaqşəkilli turunclərin isti­
qa­məti mərkəzi sahəyə yönəldildiyindən, bütünlükdə
kom­pozisiyanı çox yaxşı ta­mamlayır. Mərkəzlə bu künclər
ara­sındakı əlaqəni isə sürmə­yi rəngli yerliyə ritmik şəkildə
səpələnmiş müxtəlif rəngli (ağ, qırmızı və şəkəri) gözoxşa-
yan nəbati naxışlar “seli” yaradır. Bu ecaz­kar görüntünü
xalının enli haşiyəsindəki bulud təsvirləri ilə bə­zədilmiş
kətəbə silsiləsi, ensiz haşiyə və mədaxili təşkil edən bulud
və “xətai” elementləri əhatələyir. Onun həm öz ölçüsündə,
həm də nisbətən kiçik variantları müxtəlif dövrlərdə toxun­
muş və dünyaya yayılmışdır.
Yaxın Şərqdə və bütün Qafqazda toxuculuq sənətinin
təşək­külünə duyulası təsir göstərmiş Təbriz qrupuna aid
nümunələr arasında burada toxunan eyni adlı “Təbriz”
xal­çasının da rolu danılmazdır. Onların kompozisiyasının
mərkəzini, bir qayda olaraq, böyük göl – medalyon təş­kil
edir. Çeşninin ara sahəsini təş­kil edən hissənin dörd kün­
cündə bu gölün – turuncün dörd­də biri yerləşdirilir. Bəzən
kompozisiyası yalnız naxışlarla əha­tələnmiş bir turuncdən
ibarət olan xalılara da rast gəlinir. Belə nümunələrin bəzək
örtüyündə bəzən əlvan metallardan və daş-qaşlardan is­ti­
fadə olunmuşdur. “Təbriz” xalılarının ipəkdən toxunanları,
Muzey. Təbriz.
Məşrutə-inqilab muzeyi. Təbriz.
Salmas Türbəsi. Salmas. 1281-ci il.
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...84